Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

Oktyabrın 24-də bir qrup vətəndaş cəmiyyəti fəalı bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketini açıqlayıb.

29 nəfərin - QHT rəhbəri, hüquqşünas, iqtisadçı, jurnalist, hüquq müdafiəçisinin imzaladığı paket yerli və beynəlxalq ictimaiyyətə ünvanlanıb.

Müəlliflər hökuməti bu təklifləri nəzərə almağa və onların qəbul edilməsi prosesini başlatmağa səsləyiblər.

Təkliflər paketində «Qeyri-hökumət təşkilatları haqqında», «Qrant haqqında», «Könüllü fəaliyyət haqqında», «Dini etiqad azadlığı haqqında», «Dini ekstremizmlə mübarizə haqqında» qanunlara, Cinayət və İnzibat Xətalar məcəllələrinə dəyişiklik edilməsi təklif olunur.

QRANTLARIN QEYDİYYAT SİSTEMİ LƏĞV EDİLSİN

Təkliflərin əsas hissəsi «Qeyri-hökumət təşkilatları haqqında» Qanunla əlaqədardır. Həmin qanuna təklif edilən dəyişikliklər QHT-lərin qeydiyyat və fəaliyyət problemləri ilə bağlıdır.

«Yerli və xarici qeyri-kommersiya qurumlarının fəaliyyətinə mane olan bütün qeyri-legitim normalar aradan qaldırılmalıdır. Qrant və ianələrin qeydiyyat sistemi ləğv edilməlidir. Alınan qrant və ianələr haqqında məlumat, sadəcə, illik maliyyə hesabatında təqdim edilməli, bu sahədə bank əməliyyatları tam sərbəst olmalıdır», - təkliflərdə qeyd edilir.

Təkliflərə görə, hökumət donorların qeydiyyatını tələb edən sistemdən imtina etməlidir.

QHT-LƏRİN QEYDİYYATI KİV-DƏKİ KİMİ...

Müəlliflər hesab edir ki, QHT-lərin fəaliyyətinə məhdudiyyət yaradan hərəkətlərə görə məsuliyyət müəyyən olunmalıdır.

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun QHT-lərə dair normaları tamamilə yenilənməlidir. Onların fikrincə, QHT-lərin dövlət qeydiyyatı KİV-inki kimi bildiriş sistemi ilə olmalıdır: «2009-cu ildən bu yana qanuna 18 məhdudlaşdırıcı dəyişiklik və əlavələr edilib. Həmin dəyişikliklərdən də imtina edilməlidir. Nazirlər Kabinetinin qrant müqavilələrinin qeydiyyatını nəzərdə tutan 5 iyun 2015-ci il tarixli qərarı da ləğv olunmalıdır».

«Dini etiqad azadlığı» və «Dini ekstremizmlə mübarizə haqqında» qanunlara son vaxtlar edilən dəyişikliklərə yenidən baxılması da təkliflər arasındadır.

Paket müəllifləri həmçinin, İnzibati Xətalar Məcəlləsində qrant verilməsi və alınması ilə bağlı donorlara nəzərdə tutulan bütün cərimə sanksiyalarının ləğvini təklif edirlər.

Cinayət Məcəlləsinə yeni daxil edilən, birbaşa ifadə azadlığını icazəyə bağlayan bir neçə maddənin isə oradan çıxarılması təklif olunur.

Ötən həftənin sonunda prezident İlham Əliyev xarici donorların Azərbaycanda qrantlar verməsi prosedurunda «bir pəncərə» prinsipinin tətbiqi ilə bağlı fərman imzalayıb.

Həmin sənəddə Nazirlər Kabinetinə QHT-lərin problemləri ilə bağlı iki ay ərzində tədbirlər görməsi tapşırılıb.

Bir çox ekspert sözügedən fərmanın QHT sahəsindəki problemləri çözmək gücündə olmadığını düşünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG