Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:30

►10-dan çox xəsarət alan var

Aeroport yolunda baş verən qəzada “Toyota Prado”, “Chevrolet”, “Daevoo” markalı avtomobillər, 160 nömrəli sərnişin avtobusu və daha bir neçə mikroavtobus toqquşub.

İlkin məlumata görə, qəzaya “Prado” markalı avtomobilin yoldan çıxaraq qarşı yola keçməsi səbəb olub. Hüquq mühafizə qurumları qəza yerində araşdırma aparır. Trend-in xəbərinə görə, qəzada xəsarət alanlardan 6 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Səhiyyə Nazirliyindən xəstəxanaya yerləşdirilənlərdən 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilib. Yaralılardan ikisi təcili əməliyyata götürülüb. Qalan 4 nəfər yaralı isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Xəsarət alanlardan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG