Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:29

"Qamçılanan sadə vətəndaşlar olacaq"


►"Neft azalandan sonra qeyri-neft sektoru haqda düşünməyimiz vaxtı keçmiş mərhələdir"

“Dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş siyasətin əsas parametrləri iaşə və ticarətdə, inşaat sektorundakı vergilərin sadələşdirilməsi, bununla da sahibkarlığın fəallığına əlavə təkan verərək, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması kimi tədbirlərdir.”

Bunları maliyyə naziri Samir Şərifov deyib. O, dekabrın 11-də “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanununa əsasən görüləcək işlərdən danışıb.

Nazir bildirib ki, prezident hökumət qarşısına vəzifələr qoyub- növbəti illərdə qeyri-neft sektorundan gələn gəlirlər artırılmalı, Dövlət Neft Fondundan büdcəyə pul verilməsi azalmalıdır.

İqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişlərindəki vergi güzəştlərinə yenidən baxılaraq onların məhdudlaşdırılması da planlaşdırılır.

Buna da bax: Yumurta yenə “ceyranın beli”ndə...

“PULUM VAR, XƏRCLƏYİRƏM”

Məhəmməd Talıblı

Məhəmməd Talıblı

İqtisadçı ekspert Məhəmməd Talıblı deyir ki, neft pullarının axını azaldığı vaxtda qeyr-neft sektorunu inkişaf etdirmək çətindir. Ekspertin fikrincə indidən bu sahəyə sərmayə qoyulsa bir neçə il sonra öz bəhrəsini verə bilər:

“Pulumuz çox olanda daha çox xərcləməliyik siyasətindən o dövrdə imtina etməli idi. Bizim neft hasilatı azalandan sonra qeyri-neft sektoru haqda düşünməmiz vaxtı keçmiş mərhələdir. Ölkəyə böyük neft pulları gələn zaman qeyri-neft sektorunu düşünməli, sərmayə yatırılmalı idi. İndi neft sektorundan daxilolmalar azalıb. Belə bir vəziyyətdə qeyri-neft sektorunu inkişaf etdirmək çətindir.”

Ekspert nazirin açıqlamasında iki önəmli məqamın olduğunu deyir: büdcə vəsaitlərinin xərclənməsində israfçılığa yol verməmək və vergilərin yığım əmsalının artırılması... Məhəmməd Talıblı düşünür ki, bu addımların ölkə iqtisadiyyatı üçün mənfi nəticələri olacaq:

“Qənaət indi yox vaxtında olmalı idi. Vergi bazasının genişlənməsi hesabına qeyri-neft sektorlarından vergi həcmini yüksəltməklə əslində ölkədəki kiçik və orta sahibkarlara böyük zərbə vurulur. Hazırki durumda şübhəsiz ki, həm daxili, həm də xarici investorlar ümumiyyətlə ölkə iqtisadiyyatına maraq göstərməyəcək. Bu da fiskal risklər doğuracaq”

“İNSANLAR DAHA ÇOX YÜK ALTINA GİRMƏLİ OLACAQ”

Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, qeyri-neft sektorundan gələn gəlirlərin artımının sürətlənməsi sahəsində hökumətin ciddi planı yoxdur. Ekspert deyir ki, bu minvalla 2016-cı ildə biznesmenlərin işi bir az da çətinləşəcək:

“Böhranlı vəziyyətdə hökumətlər sadə addım atır- bank faizlərini, vergiləri endirir. Ciddi iqtisadi mühit yaradırlar, xarici ticarəti sadələşdirirlər ki, insanlar pul qazansın və bu puldan vergi ödəsin. Nazirin mesajısa odur ki, daha sərt addımların atılması planlanır. Hökumət böhran planı təklif etməlidir. İnsanlardan pul yığmaq məqsəd kimi qarşıya qoyulub. İnsanlar daha çox yük altına girməli olacaq.”

Natiq Cəfərli deyir ki, nazirin dediyi kimi, izafi xərclərin də azaldılması mümkünsüzdür. Hökumət əlavə xərclərdən, məsələn İslam Oyunlarından imtina etməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG