Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:10

Xanımı ərini öldürmək ittihamı ilə tutublar. Vəkillər isə israr edirlər ki, əslində qətli tamam başqa adam törədib. Prokurorluq da bunu bilir.


Noyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olmuş Füzuli İsgəndərovun qətlilə bağlı məhkəmə prosesinı hazırlıq iclası keçirildi.

Qətldə təqsirləndirilərək məhkəmə qarşısına çıxarılan isə mərhumun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovadır. Ancaq Xalidə İsgəndərova qətiyyən günahı olmadığını bildirir. Elə vəkilləri Cavanşir SüleymanovAbuzər Mütəllimov da xanımın sifarişlə həbs olunduğunu iddia edir.

HADİSƏ YERİNDƏ BAŞQASINA MƏXSUS QAN İZLƏRİ OLUB


Hazırlıq iclasında vəkillər vəsatət qaldıraraq, cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istədilər. 3 saata yaxın müddətdə elan olunan təxminən 50 səhifəlik vəsatətdə vəkillər göstərib ki, qətli tamam başqa adam törədib. Prokurorluq da bunu bilir:

"Hadisə yerində başqa şəxsə məxsus qan izləri aşkar edilib. Amma istintaq orqanı buna əhəmiyyət verməyib, sifarişlə sübutlar saxtalaşdırılıb. Xalidə İsgəndərova bu cinayəti törətməyib".

Bu iş üzrə məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Fərid Hağıyev vəsatətin geniş həcmli olduğunu əsas gətirərək, onu münasibət bildirmək üçün vaxt istədi. Bu səbəbdən də məhkəmə noyabrın 3-ə qədər təxirə salındı.

İLKİN VERSİYA TAMAH MƏQSƏDİ İDİ

Xatırladaq ki, Füzuli İsgəndərov ötən il sentyabrın 1-də Bakıda bıçaqla öldürülüb. Hadisədən iki gün əvvəl onun böyük qızının toy mərasimi olub. Bu səbəbdən də ilkin versiya kimi, Füzuli İsgəndərovun evindəki pulları aparmaq məqsədilə qətlə yetirildiyi ehtimal olunurdu. Yayılan məlumatlarda da bildirilirdi ki, maskalı şəxs Füzuli İsgəndərovu evinin yaxınlığındakı qarajın qarşısında qətlə yetirib, daha sonra mənzilə daxil olub və Xalidə İsgəndərovanı görüncə, onu boğmağa başlayıb. Amma qadın müqavimət göstərib və onun maskası düşüb, dərhal da mənzildən qaçıb gedib.

Lakin hadisədən 8 ay sonra - 2015-ci il aprelin 30-da Xalidə İsgəndərova özü həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilərək həbs olundu.

Xalidə İsgəndərovanın övladları da analarının günahsız olduğunu bildirirlər. Onun qızları bununla əlaqədar bir müddət əvvəl Respublika Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçirmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG