Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:51

"Araqçınını çıxar" deyən həkimi öldürdü


Misbah Sahabutdinov
Misbah Sahabutdinov

-

Tatarıstanın Naberejnıe Çelnı şəhər məhkəməsi tanınmış həkim-travmatoloq Andrey Jeleznovun qətli ilə bağlı işə baxır.

Andrey Jeleznovu ötən ilin dekabrında 85 yaşlı təqaüdçü Misbah Səhabutdinov əldəqayırma silahla qətlə yetirib.

Təqaüdçü məhkəmə zamanı mərhumun qızından üzr istəyib və deyib ki, onun ömrünə çox qalmayıb.

Amma Jeleznovun qızı məhkəmədə atasının qatilinə qanunun nəzərdə tutduğu ən ağır cəzanın verilməsini istəyib.

Səhabutdinov silah və sursatın qeyri-qanuni hazırlanması, saxlanması, daşınması, habelə qətlə cəhd və qətl maddələri ilə ittiham olunur.

Cinayət işinin materiallarında deyilir ki, Səhabutdinovla Jeleznov arasında münaqişə 2008-ci ilin yayında başlayıb. Barmağını zədələyən təqaüdçü travmatoloqa müraciət edib. Həkim Jeleznov kabinetində ondan araqçınını çıxarmağı xahiş edib. O bunu tibb müəssisəsinin sanitar qaydaları ilə əsaslandırıb.

Ancaq Səhabudtinov araqçını çıxarmaqdan imtina edib və deyib ki, araqçın barmaq müayinəsinə mane olmur. Sonradan o müstəntiqə deyib ki, araqçınını heç vaxt, hətta yatanda belə çıxarmır.

Tərəflər arasında mübahisə o qədər qızışıb ki, əraziyə polis çağrılıb. Polis tərs kişini həkimin kabinetindən güclə çıxarıb.

Ancaq yaşlı kişi özünü alçaldılmış hiss edib və həkimdən qisas almaq istəyib. Əlində olan materiallardan odlu silah düzəldib və onu əsa formasına salıb.

O bu silahla bir dəfə Jeleznovu öldürməyə cəhd edub, ancaq texniki nasazlıq ucbatından qəsd baş tutmayıb.

Misbah Səhabutdinov etiraf edib ki, odlu silahı özü düzəltsə də 7,4 millimetr çaplı patronlarını bir kişidən istəyib, o da verib...

XS
SM
MD
LG