Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:39

Jurnalistin qohumu məhkəmədə "Ölüm ayağında da bunları deyəcəm"


Jurnalist Qənimət Zahidin əmisi oğlu Ağasadıq Zahidov: "Qardaşımın siyasətlə heç bir əlaqəsi yoxdur"
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Jurnalist Qənimət Zahidin əmisi oğlu Ağasadıq Zahidov: "Qardaşımın siyasətlə heç bir əlaqəsi yoxdur"

"Mənə birbaşa dövlətin adından təzyiq eləyirsiz. Neyləyim, gedim Kürdəxanı türməsində özümü asım? Bu qədər haqsızlıq, vicdansızlıq olmaz axı..."

Bunu "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarının məhkəməsində onun həbsdə olan əmisi oğlu Rövşən Zahidov deyib. O, Bakı Ağır Cinayətlər Məhkəməsində baş redaktorun qardaşı oğlu Rüfət Zahidovla birlikdə mühakimə olunur.

Aprelin 12-də keçirilən məhkəmə iclasında Şamaxı Rayon Polis Şöbəsinin rəis müavini Polad Qarayev və şöbənin əməkdaşı Fikrət Musayev şahid qismində ifadə verib.

Onlar Rövşən Zahidovun həbsindən danışıblar. Bildiriblər ki, ötən il iyulun 20-də Rövşən Zahidov inzibati qaydada həbs olunub.

O, inzibati həbsdə ola-ola Bakıdan Səbail Rayon Polis İdarəsinin və Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları Şamaxı Rayon Polis Şöbəsinə gələrək, Rövşən Zahidovun evində axtarış aparılacağını bildiriblər. Şöbədə Şamaxı polisləri də onlara qoşulub, Rövşən Zahidovun evinə gediblər. Şahid polislərin iddiasına görə, axtarış zamanı evdə pencəyin cibindən narkotik maddə aşkarlanıb.

“DEDİLƏR, SƏN DƏ İFADƏ VER Kİ, ONDAN ALMISAN”

Qənimət Zahid
Qənimət Zahid

Dindirmə zamanı Rövşən Zahidov polislərin yalan danışdığını bildirib. "Kişi kimi danış, vicdanın olsun", - deyə o, polis rəisinin müavini Polad Qarayevə müraciət edib.

Şahidlərlə çarpaz dindirmə zamanı Rövşən Zahidov bildirib ki, hələ narkotik ittihamından əvvəl iyulun 20-də Şamaxı şəhərində heç bir günahı olmadığı halda, küçədən tutulub şöbəyə aparılması birbaşa polis rəisi Habil Əmiraslanov və onun müavini Polad Qarayevin göstərişilə həyata keçirilib:

"Ölüm ayağında da məni danışdırsanız, bunları deyəcəm. Çünki o hadisələri bunlar mənə yaşadıblar. Bu Qarayev özü mənə dedi ki, "bizlik heç nə yoxdur, hamısı Qənimətə görədir". Həbsimin üçüncü günü bir "serjantla" birlikdə gəlib məni müvəqqəti saxlama yerindən çıxarıb rəisin otağına qaldırdı. Dedilər ki, "evindən narkotik çıxıb". Dedim, ola bilməz. Dedilər ki, "Rüfət tutulub, sən də ifadə ver ki, ondan almısan, işin yüngülləşsin". Dedim, Allahınız olsun, belə vicdansızlıq olmaz".

___________________________________________________________

Bunlara da bax:
Müxalifətdən iqtidara Qarabağla bağlı təkliflər
Prezident: «Son 10 ildə 1 milyon daimi iş yeri açılıb»

___________________________________________________________

“QƏNİMƏT GƏLSİN, SİZİ QURTARSIN”

Rövşən Zahidovun dediyinə görə, onu küçədən tutub şöbəyə aparanlardan biri məhkəmədə dindirilən polis əməkdaşı Fikrət Musayev olub.

Məhkəmədə Rövşən Zahidovla Fikrət Musayev arasında belə bir dialoq oldu:

– Yadındadı rəisin otağının yanındakı kabinetdə mənə nə dedin? Dedin ki, “indi Qənimət gəlsin, sizi qurtarsın...”

– Xeyr, elə söhbət olmayıb.

– Mən sənin yerinə olsam, evimə bu cür əməllərlə çörək aparmaqdansa, zəhər apararam.

“GÖRƏRSİZ SİZƏ NEYLƏYƏCƏM”

Məhkəmə iclasının sonunda Zahidovların qohumları polisləri yalan ifadə verməkdə qınayıb. Bu zaman polis rəisinin müavini Polad Qarayev qapıdan çıxarkən onları hədələyib:

"Baxarsız, görərsiz ki, sizə neyləyəcəm..."

Məhkəmə prosesi aprelin 19-da davam edəcək.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu "Azərbaycan saatı" televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

__________________________________________________________

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 12 aprel proqramında

Cəbhədə atəşkəs 100 dəfə pozulub...
Müxalifətdən iqtidara Qarabağla bağlı təkliflər
Keçmiş səfir Matthew Bryza ABŞ-ı Qarabağla bağlı fəal olmağa çağırır...

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 12 aprel TV proqramında

"Ola bilsin, Putin Qarabağla bağlı ABŞ-ı nüfuzdan salmaq istəyir"
"Yaxşı rektor olar, psixiatrdır..."

L.Zahidova: Dedilər bütün Zahidovları tuturlar, mən də qoruxmdan...

L.Zahidova: Dedilər bütün Zahidovları tuturlar, mən də qoruxmdan...
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

XS
SM
MD
LG