Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:34

"Qazprom"un top meneceri Ermənistanın baş naziri oldu


Serzh Sarkisian (sol) və yeni baş nazir Karen Karapetian
Serzh Sarkisian (sol) və yeni baş nazir Karen Karapetian

Ermənistanın "ümumxalq qurtuluş"u

Ovik Abrahamian-ın istefasından sonra "Qazprom Mejregionqaz"ın top-meneceri, Yerevanın keçmiş meri Karen Karapatyan Ermənistanın yeni baş naziri olub.

Ekspertlərin fikrincə, bu dəyişiklik silahlı qrupun Yerevanda polis alayı binasını tutmasından qaynaqlanıb. Yeni baş nazir texnokratdır. Ondan Rusiya ilə iqtisadi münasibətlərin səviyyəsinin yüksəldilməsini gözləyirlər.

Ovik Abrahamian 2014-cü ilin aprelindən bəri baş nazir idi.

«Ona görə də istefa verərək...»

Ovik Abrahamian 2014-cü ilin aprelindən bəri baş nazir idi. O, indi Avrasiya İqtisadi Komissiyası kollegiyasının sədri olan Tigran Sarkisian-ı əvəzləmişdi. Sarkisiansa ölkədə pensiya islahatlarının uğursuzluğu səbəbindən istefa vermişdi.

Ovik Abrahamian istefasını açıqlarkən, rəhbərlik etdiyi hökumətin "cəmiyyətdəki qütbləşmə problemini çözmədiyini» bildirmiş və bunun səbəbini "xarici siyasi və iqtisadi sınaqlara" bağlayaraq demişdi:

"Ona görə də istefa verərək, prezidentə yeni hökumət formalaşdırmağa imkan yaratmaq qərarına gəldim".

Keçmiş baş nazirin hakim partiyanın seçki qərargahının rəhbəri təyin ediləcəyini bildirir...

O, çıxışında hökumətin ən mühüm nailiyyətlərindən biri kimi korrupsiya ilə mübarizəyə dair qanunvericilik paketini göstərib və ölkənin iqtisadi artımına da toxunub. Abrahamian-ın sözlərinə görə, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü sahibkarların xarici ticarət xərclərini azaltmasına və "2015-ci ilin regional iqtisadi şoklarını" yumşaltmağa kömək edib.

Hökumətə yaxın qaynaqlar keçmiş baş nazirin hakim Respublikaçılar Partiyasının seçki qərargahının rəhbəri təyin ediləcəyini bildirir. Gələn ilin yazında ölkədə parlament seçkiləri keçiriləcək.

2011-ci ildə Abrahamian parlamentin spikeri vəzifəsindən də istefa vermiş və 2012-ci il seçkiləri öncəsi partiyasının seçki qərargahına rəhbərlik etmişdi.

«Milli anlaşma» hökuməti?

Ermənistanda gələn ilin yazında parlament seçkiləri keçiriləcək.

Respublikaçılar Partiyasının lideri, prezident Serzh Sarkisian bu yaxınlarda bəyanat verərək, milli anlaşma hökuməti yaradacağını bildirmişdi. O bu sözləri polis alayı binasını tutan "Sasna Tsrer" silahlı qruplaşmasının təslim olmasından sonra dilə gətirmişdi.

Ekspertlər prezidentin həmin bəyanatını "Sasna Tsrer" lideri, Qarabağ savaşı veteranı, "Təsisçi parlament" qrupunun rəhbəri Zhirayr Sefilian-ın tələbi ilə əlaqələndirirlər. Sefilian "xalq razılıq hökuməti" formalaşdırmağı təklif etmişdi.

Hakim Respublikaçılar partiyasından olan deputat Hagop Hakopian da eyni fikri bölüşür.

Daşnaktsyutun: «Karen Karapetian çağdaş baxışlı, qarşıya mürəkkəb vəzifələr qoyan və onları həll edən şəxs kimi tanınır...»

Nazirlərin çoxu...

Ölkə mediasında dolaşan xəbərlərə görə, hakim partiyanın təyin etdiyi nazirlərin çoxu vəzifələrindən əl çəkməli olacaq. Ancaq hökumətdə təmsil olunan 2-ci partiya - "Daşnaksutyun" hökumətdəki yerlərini saxlayacaq.

"Daşnaktsutyun" fraksiyasının katibi Agvan Vardanian yeni baş nazirin cəmiyyəti daha çox birləşdirə biləcəyinə ümidini dilə gətirib:

"Karen Karapetian çağdaş baxışlı, qarşıya mürəkkəb vəzifələr qoyan və onları həll edən şəxs kimi tanınır. Əvvəlki iş təcrübəsi onun yaxşı idarəçi olduğunu göstərir".

"Arminfo"nun iqtisadi şərhçisi və maliyyə təhlilçisi Emmanuil Mkrtchiansa iddia edir ki, "baş nazirin istefası kompromislər və koalisiya hökumətləri dövrünün başa çatdığını göstərir".

2018-ci ilin fevralında Sarkisian-ın prezidentlik müddəti bitir.

«Karapetian-ın özünü mahir təsərrüfatçı kimi göstərib»

O, korrupsiyanı respublikanın üzləşdiyi çətinliklərdən biri sayır və düşünür ki, Karen Karapetian-ın rəhbərliyi ilə texnokratlar hökumətinin gəlişi ölkənin durumunu yaxşılaşdıra bilər. Mkrtchian "Gazeta.ru"ya deyib ki, «"Qazprom Ermənistan"dakı və Yerevan meri vəzifəsindəki işinə baxanda, «Karapetian-ın özünü mahir təsərrüfatçı kimi göstərib».

2018-ci ilin fevralında Sarkisian-ın prezidentlik müddəti bitir. Ölkənin yeni konstitusiyasına görə, bundan sonra Ermənistan prezidentli respublikadan parlamentli respublika modelinə keçəcək.

Əksər ekspertlərin fikrincə, Rusiya siyasi elitası ilə bağlı olan və "Qazprom"da yüksək vəzifə tutan Karapetian-ın baş nazir təyin edilməsi Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərin səviyyəsini xeyli yüksəldəcək. Ölkənin iri həcmdə rus sərmayə kapitalını cəlb edəcəyi də gözləntilər arasındadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG