Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:14

Vahe Avetian: 'Azərbaycanlı qaçqınlar məni qucaqladılar'


Vahe Avetian Bakıda. 7 noyabr 2016
Vahe Avetian Bakıda. 7 noyabr 2016

Erməni yazıçısı, siyasətçi və dissident Vahe Avetian Bakıdadır. O Vahe ki təxminən bir ay öncə - oktyabrın 8-də lapdan-qəfildən Azərbaycana gəlsə də, hava limanından geri qaytarılmışdı.

Bir ayın tamamında tanınmış dissident və yazıçı artıq Azərbaycandadır. AzadlıqRadiosu-na müsahibəsində buraya Azərbaycanın Milli QHT Forumunun prezidenti Rauf Zeyninin dəvəti ilə gəldiyini bildirib.

Təşkilatçılar onun bir konfransa qatılmasını istəyiblər. Bu konfransda Dağlıq Qarabağ münaqişəsinin həllindəki başlıca əngəllər dartışılacaq. Vahe Avetian-a vətəndaş cəmiyyəti fəalları ilə görüş də təşkil ediləcəyinə söz verilib. Görüşlər başladığından, Vahe təəssüratlarını AzadlıqRadiosu-na bölüşür.

Buna da bax:​ Bakıya qonaq gələn erməni Kiyevə qayıdıb

– Vahe, siz Bakıda Xocalı faciəsi qurbanlarının abidəsi önünə çiçək qoymaq istəyirdiniz. İstəyiniz doğruldu?

– Hələlik, yox. Amma planlaşdırılır. Proqram artıq hazırlanıb. Mən də çalışıram adamlara mane olmayım. Onlar hər şeyi gözəl təşkil edirlər.

– Bakıya dəvəti necə dəyərləndirirsiniz?

– Minnətdarlıqla və barışa ümid duyğusuyla.

– Buradakı görüşlərdən nə gözləyirsiniz?

– Barış gözləyirəm. Xalqlarımız arasında, mümkündürsə, vasitəçilərin iştirakı olmadan, birbaşa dialoqun başlanmasını gözləyirəm. Biz bu imkandan da yararlanmalıyıq.

Buna da bax: Azərbaycanlı deputat: 'Biz ermənilərə fərq qoymalıyıq...'

– Bəlkə də yorucu və artıq dəfələrlə cavabladığınız sualdır: Bakıda özünüzü necə hiss edirsiniz?

– Mən özümü Qafqazda qafqazlı kimi hiss edirəm, yəni çox gözəl hiss edirəm. Mən düşmənçilik, ya da təhlükə hiss etmirəm. Mən bu gün şəhərdə gəzdim, xalq istiqanlıdır, mehribandır. Qarabağdan olan qaçqınlarla görüşdüm. Gözyaşı da gördüm, inciklik də, onların doğma yerlərdən, eləcə də əzizlərinin, yaxınlarının qəbrindən ötrü necə darıxmasını da... Və onlar ayrılarkən məni qucaqladılar.

– Sizcə, iki xalq arasında dialoqun başlaya biləcəyini söyləmək olar?

– Dialoq artıq başlanıb.

Vahe Avetian bir müddət öncə Xocalıda baş verənlərə görə, Azərbaycan xalqından üzr istəyib. O Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə, vətəni Ermənistanda təqib olunduğunu bildirir. Bu səbəbdən, hazırda İsveçdə yaşayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG