Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:12

Azərbaycanda brusellyoz xəstəliyinin dərmanı tapılıb


Brusellyoz heyvandan insana
Brusellyoz heyvandan insana
Azərbaycanın baytar mütəxəssisləri və yerli alimlər brusellyoz əleyhinə yeni bioloji aktiv maddə yaradıblar.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) məlumat yayıb.

Məlumatda deyilir ki, bu bioloji maddənin alınması üçün yerli mütəxəssislər 4 ildən artıq ciddi araşdırma aparıblar.

Bu mad­də­­nin bak­te­ri­sid tə­si­rə ma­lik olmasını öy­rən­mək üçün isə Res­pub­li­ka Baytarlıq La­bo­ra­to­ri­ya­sı­nın bak­te­ri­o­logiya şö­bə­sin­də «Bru­sellyo­zun tö­rə­di­ci­si­nə qar­şı or­qa­nizmdən kə­nar­da (in vit­ro) həs­sas­lı­ğı» öy­rə­nil­ib, onun bak­te­ri­sid tə­si­rə ma­lik ol­ma­sı sü­but edil­ib.

Artıq bioloji aktiv maddəyə 2008-ci il­də pa­tent də alın­ıb. Bundan son­ra DBX-nin El­mi Şu­ra­sında həmin preparatın Azər­bay­can Res­pub­li­ka­sı­nın ra­yon­la­rın­da tət­biq edil­mə­si üçün təklif verilib.

Məlumatda o da deyilir ki, bioloji aktiv maddə xəstə heyvana 2 gün ərzində hər gün 1 dəfə olmaqla tətbiq edildikdən 5 gün sonra həmin heyvanda tam kliniki sağalma baş verir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG