Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:29

Qazaxıstanda nazirlə bağlı seksual qalmaqal davam edir


Qazaxıstan Mədəniyyət nazirinin onu təcavüz etdiyini deyən Yenlik Sydykova

Qazaxıstan Mədəniyyət nazirinin onu təcavüz etdiyini deyən Yenlik Sydykova

Qazaxıstanda Mədəniyyət naziri Arystanbek Muhamediuly ilə kino prodüseri Tungyshbay Zhamankulov arasında qarşıdurma yaşanır.

2016-cı ilin yayında "Simurq" filminin rejissoru Talgad Zhanibekov (filmin prodüseri Zhamankulovdur) Mədəniyyət nazirini layihəni ləngitməkdə və pul oğurluğunda suçlayıb.

MƏNİMSƏMƏ İTTİHAMI

Bundan sonra Zhurgenev adına incəsənət akademiyasının keçmiş tələbəsi Yenlik Sydykova videomüraciət yayaraq akademiyanın keçmiş rektoru, indiki Mədəniyyət naziri Arystanbek Muhamediuly-ni cinsi təcavüzdə ittiham edib.

Buna da bax:​ Qazaxıstan baş nazirinin həştəq biabırçılığı

Zhamankulov Yenlikin tərəfini saxlayıb. Ancaq, o bunu edən kimi "Simurq" filmi ilə bağlı problemlər yaşanmağa başlayıb.

Bundan bir-iki həftə sonra "Feniks" ("Simurq") filminin başlanğıc mərhələsinin çəkilişi zamanı öncə rejissor Talgad Janibekov, sonra filmin icraçı prodüseri Natalia Yudina və "Kazaxfilm" SC-nin icraçı direktoru Gauhar Iskakova, daha sonra isə prodüser Tungyshbay Zhamankulov saxlanılıblar. Onlar dövlətin pullarını mənimsəməkdə təqsirləndiriliblər.

“SÖZLƏRİNİ GERİ GÖTÜRSÜN”

Zaminə buraxılandan sonra 68 yaşlı Zhamankulov ölkə prezidenti Nursultan Nazarbayevə videomüraciət çəkərək mədəniyyət nazirinin ona təzyiq və hədələrindən danışıb. Videomüraciətdə prodüser nazirlə görüşünü detallı təsvir edib:

"O tələb etdi ki, mən o videomüraciəti edən qızı tapım. Tələb edir ki, qız sözlərini geri götürsün, səhvini boynuna alsın və daha bir videomüraciət yaysın",Zhamankulov deyir.

"Dedim ki, o qızı tanımıram, mənim kursumda oxumayıb. Onu haradan tapacağam, məni dinləyəcəkmi? Ancaq nazir israr edir və məni 6 illiyinə həbs etdirəcəyini deyirdi. Deyirdi ki, filmlə bağlı cinayət işi üzrə dindirilən adamlar bütün günahı mənim boynuma qoyurlar. Arvad-uşağımsa dilənçi olacaq".

Buna da bax: "Nabat" filmi Xirosimada anım tədbirində göstəriləcək

“3 MİLYON DOLLARI RUSİYA ŞİRKƏTİNƏ ÖTÜRMƏK İSTƏYİRDİLƏR”

Zhamankulov-un sözlərinə görə, Mədəniyyət nazirliyi elmi-fantastik "Simurq" filminin yaradılmasına ayrılmış vəsaiti Qazax xanlığının 550-ci ildönümünə aid serialın çəkilişinə yönəldib.

Muhamediuly isə vəziyyəti başqa cür təsvir edir.

"Cinayət məsuliyyətindən yayınmaqdan ötrü müxtəlif yollara əl atırlar. Təsəvvür edin ki, bir il ərzində, belə müraciətlə, şantajla 450 milyon tengeni, o zamanın pulu ilə 3 milyon dolları Rusiya şirkətinə ötürmək istəyirdilər. Özünüz nəticə çıxarın. Özünüz görürsünüz ki, onların pulları çıxarmasına imkan verməmək üçün hər şeyə dözməli oluram", – deyə nazir bildirib.

Qazaxıstanda artıq nazirlə aktyor-prodüser qarşıdurmasını "mədəniyyətsiz çəkişmə" adlandırırlar.

Buna da bax:​ Qazaxıstan öz "Game of Thrones"ini çəkir

“MƏNƏ 2 GÜN VERİB”

Qazaxıstanın Korrupsiya ilə mübarizə üzrə milli bürosu iddia edir ki, Zhamankulov həqiqətən də maliyyə vəsaiti alıb və bu vəsait subpodrat qurumlar vasitəsilə nağdlaşdırılıb. Söhbət ən azı 69 milyon tengedən gedir. Bu isə hazırkı məzənnə ilə 200 min dollardan çoxdur.

Ancaq Tungyshbay Zhamankulov nazirin onu təqib etməsini başqa cür yozur:

"Nazir məni siyasətə qarışmaqda, müxalifətçilikdə ittiham edir. Məəttəl qalmışam. Videoyazını yayan qızı tapmağa mənə iki gün verib. Qızın yeni videomüraciət yazmasını, televiziyada hər şeyi uydurduğunu deməsini istəyir. Qızı tapmasam, məni bitirəcəklər", – prodüser deyib.

Buna da bax:​ Ziyalılar Nazarbayevə xəbərdarlıq edirlər

Hələlik, Zhamankulov zaminə buraxılıb. Ancaq nazirin keçmiş tələbəsi, bütün ölkə qarşısında onu cinsi təcavüzdə günahlandırmağa cəsarət etmiş Yenlik Sydykovaya qarşı hansı tədbirlər gördüyü bəlli deyil.

Əgər nazir Yenliyi sözlərini geri götürməyə məcbur edə bilsə, eyni iddianı səsləndirən başqa qadınlar necə olsun?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG