Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:38

Tələbələr necə zorla "xalq kütlələri" edilir?


Arxiv fotosu: Qazaxıstanda universitet tələbələri.
Arxiv fotosu: Qazaxıstanda universitet tələbələri.

.
Bruce Pannier

Gənclərin çoxu universitetə daxil olarkən ümid edir ki, bir gün aldıqları təhsil onlara kütlədən seçilməyə kömək edəcək. Ancaq Qazaxstanda belə görünür tələbə əvvəlcə kütlənin içində olmalıdır.

AzadlıqRadiosunun qazax xidmətinə üz tutuan bir tələbə Qazaxstanda dövlət rəsmilərinin keçirdiyi tədbirlərdə iştirak etməyə məcbur edildiklərindən gileylənirlər. Adının çəkilməsini istəməyən tələbə deyir:

“Seçimimiz yoxdur. Universitet rəsmiləri deirlər ki, ora getmək məcburidir. Bəzən stadionda 12 saat prezidentin çıxışını gözləməli, ya da velosiped yarışını izləməli oluruq.

Getməsən qara siyahıya düşürsən. Yataqxanadakı otağın əlindən alınır, ya da ola bilər gələn il heç yataqxanada otaq ala bilməyəsən. Hərdə bizi qiymətimizi kəsəcəkləri ilə də hədələyirlər.”

Astanadakı Avrasiya Milli Universitetinin bir tələbəsi isə belə deyib:

Bakıda Avropa Oyunlarına könüllü kimi cəlb edilən tələbələr
Bakıda Avropa Oyunlarına könüllü kimi cəlb edilən tələbələr

"Biz prezident, yaxud da nazirlərin olduğu bütün tədbirlərdə əlimizdə balaca bayraqlar tutaraq əl çalırıq. Əgər tələbələr bu tədbirlərə getməsələr onlara qayıb yazılacaq.”

Buna da bax: "Belə könüllülük - korrupsiyadır"

AzadlıqRadiosunun qazax xidmətinin əməkdaşları bir neçə universitetin rəhbərliyinə tələbələrin bu şikayətlərini çatdırıb. Universitet rəsmiləri tələbələrin bu cür ictimai tədbirlərə məcburi aparılması barədə deyilənləri inkar edib. Ali məktəb rəsmiləri deyiblər ki, yerli icra orqanları onlara müraciət edərək 30, yaxud 50 tələbə göndərməyi xahiş edir. Onlar da həmin sayda tələbəni göndərirlər, amma məcbur yox, hər kəs könüllü gedir.

Almatı merinin ofisindən də tələbələrin ittihamlarının “əsassız” olduğu bildirlib.

Qazaxıstanda 30 il ali məktəblərdə professor kimi çalışmış Fatima Abzapieva AzadlıqRadiosuna deyib ki, tələbələri ictimai, siyasi, idman tədbirlərində iştiraka məcbur etmək "sovet vaxtından qalıb. …Gələn təlimatlarda tələbələrin dəqiq sayı göstərilirdi."

O xatırladıb ki, pionerlər, komsomolçular və Kommunist Partiyası üzvlərinin ictimai tədbirlərdə iştirakını tələb edirdilər ki, bu tədbirlərin foto və video çəkilişlərində kütlənin böyük olduğu görüntüsü yaransın.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG