Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:05

Qazaxıstanın builki büdcəsində dövlətin “informasiya siyasətinə” 112 milyon dollar ayrılıb. Müstəqil ekspertlər bunu "tərif və təbliğat" pulu hesab edirlər

AzadlıqRadiosunun müxbiri Svetlana Qluşkovanın məqaləsində deyilir ki, Qazaxıstanın builki büdcəsində dövlətin “informasiya siyasətinə” 41 milyard tenge (112 milyon dollar) ayrılıb.

Jurnalist yazır ki, son beş ildə büdcənin bu bəndi üzrə xərclər builədək artan xətlə inkişaf edib və bu il azca ixtisara məruz qalıb.

Bu da qeyd edilir ki, pulun konkret olaraq hansı məqsədlərə və necə xərcləndiyi barədə məlumatlar yoxdur.

Nazarbayevin qızı, baş nazirin müavini Dariga Nazarbayeva Bukingem sarayında

Nazarbayevin qızı, baş nazirin müavini Dariga Nazarbayeva Bukingem sarayında

Amma hər halda bəzi rəqəmlər əldə etmək mümkündür. Məsələn, “dövlət informasiya siyasəti çərçivəsində” “Vlast” internet saytına Almatı şəhər bələdiyyəsinin xətti ilə 20 milyon tenge ayrılıb. Hərçənd saytın redaktoru Vyaçeslav Abramov israr edir ki, onlara redaksiya məsələrində heç bir təzyiq yoxdur.

Doğrudur, redaktor bunu da etitraf edir ki, onların əsas mövzusu “beynəlxalq həyat və xarici xəbərlər” olub.

Baş redaktor bildirib ki, hazırda kütləvi informasiya vasitələrinin maddi bazası acınacaqlı vəziyyətdədir və dövlət dəstəyi olmazsa, ortalıqda yalnız rəsmi dövlət orqanları qala bilər.

Bu da nəzərə alınmalıdır ki, son bir il ərzində tenge dollara nisbətdə iki dəfədən də çox ucuzlaşıb.

“Bəy tərifi”

Ekspert Diana Okremova AzadlıqRadiosuna bildirib ki, “dövlət informasiya siyasəti” terminini daha sadəsi ilə - “təbliğat”la da əvəz etmək olardı.

Onun fikrincə, büdcənin bu maddəsi üzrə xərcləmələrin şəffaf olmaması da bununla bağlıdır.

O bildirir ki, hər il dövlət və ya dövlətə loyal mediaya külli miqdarda vəsait xərclənir.

“Dövlət informasiya siyasəti” praktikada icra orqanlarının, şəxsən prezident Nursultan Nazarbayevin fəaliyyətinin “işıqlandırılması” deməkdir. Hərçənd bu, rəsmi sənədlərdə “qazaxıstanlıların dövlət siyasətinə, islahatlara və məmurlara müsbət münasibətinin formalaşdırılması” şəklində formullaşdırılır.

Okremova bildirir ki, məhz buna görə də sözü gedən böyük pulların “dövlət təbliğatına” xərcləndiyini demək mümkündür.

Nəyi təbliğ edəcəklər?

Bu pulların hara və necə xərcləndiyi barədə AzadlıqRadiosunun sorğularına cavab olaraq bildiriblər ki, məlumat dövlət “rabitə, informatizasiya və informasiya komitəsi”ndən gələcək.

Lakin komitənin əməkdaşı Yerlan İdrisov AzadlıqRadiosuna bildirib ki, cavabı rəhbərliklə razılaşdırmalıdır və rəhbərlik isə “çox məşğuldur”.

Radionun israrlı sorğularından sonra İdrisov deyib ki, komitə məlumatın sürətini çıxarıb faksla göndərmək imkanında deyil və müxbirlər komitəyə gələrək məktubu özləri götürə bilərlər.

Bu arada Vlast.kz saytının baş redaktoru Abramov deyir ki, dövlət yardımına müxtəlif tərəflərdən baxmaq olar.

O etiraf edir ki, şəffalıq lazımdır, lakin media da dövlətin dəstəyi olmadan ayaq üstdə qala bilməz.

“Hüquqi media-mərkəz” fondunun direktoru Diana Okremova isə hesab edir ki, hazırkı bərbad iqtisadi vəziyyətdə təbliğ olunası çox şey yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG