Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:16

Milli Qvardiyanın yerləşdiyi hərbi hissəyə hücum zamanı bir zabitin və müqavilə ilə xidmət edən bir hərbçinin öldürüldüyü xəbər verilir

Qazaxıstanın Aktobe şəhərində silah mağazasına və hərbi hissəsyə basqın nəticəsində 6 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

İnterfax agentliyi Qazaxıstan DİN-in sözçüsü Almas Sadubayevə istinadən bildirir ki, silah mağazasına basqında mağazanın satıcısı həlak olub.

“Pallada” silah mağazasına hücumun ardınca hərbi hissənin ərazisində yerləşən başqa bir silah mağazasına da basqın olub.

Milli Qvardiyanın yerləşdiyi hərbi hissəyə hücum zamanı bir zabitin və müqavilə ilə xidmət edən bir hərbçinin öldürüldüyü xəbər verilir. Həmin hücum zamanı 9 hərbçi yaralanıb.

Qazaxıstan DİN-in məlumatında hücum edənlərdən üçünün öldürüldüyü bildirilir.

Bir basqınçı yaralı vəziyyətdə həbs olunub.

Qeyri-ənənəvi dindarlar

Sadubayevin sözlərinə görə, hücum edənlər “qeyri-ənənəvi dini hərəkatın” üzvləri ola bilərdilər.

Aktobe şəhərində antiterror əməliyyatının keçirildiyi elan edilib.

Şəhərdə istirahət və əyləncə yerlərinin bağlandığı, ictimai nəqliyyatın dayandırıldığı xəbər verilir.

REGNUM agentliyi bildirir ki, təhlilçilər hadisənin ölkənin məhz bu hissəsində baş verməsini bir sıra faktorlarla bağlayırlar.

Sovet vaxtlarında İslamın çox az yayıldığı bu ərazidə hazırda məhz qeyri-ənənəvi İslam kök atmağa başlayıb.

Bundan başqa neft sənayesinə görə bu ərazidə varlılarla yoxsullar arasındakı uçurum daha dərindir.

Rusiyanın RBK agentliyi xəbər verir ki, şəhərdəki hadisələr bir neçə videokamera ilə qeydə alınıb. Videolarda azı 10 silahlı şəxsin göründüyü bildirlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG