Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 03:11

Qazaxıstan qadına qarşı ailə-məişət zorakılığını cinayət əməli hesab edəcək


Keçmiş nazirin məhkəməsi
Keçmiş nazirin məhkəməsi

Qazaxıstan Senatı iki oxunuşda bir neçə qanunvericilik aktlarına məişət zorakılığının kriminllaşdırılmasını və pedofiliya üçün ömürlük həbs cəzasını nəzərdə tutan dəyişiklikləri qəbul edib.

AzadlıqRadiosunun Qazax xidməti bildirir ki, sənəd imzalanmaq üçün ölkə prezidentinə göndərilib.

Qanun qüvvəyə mindikdən sonra bilərəkdən sağlamlığa ziyan vurulması 200 aylıq hesablaşma maaşı məbləğində (1664 dollar) cərimə və ya 200 saat müddətində məcburi əmək və ya 50 sutkalığına həbslə cəzalandırılacaq.

Döyülməyə görə cərimə 658 dollar təşkil edəcək və bu hərəkəti edən şəxs 80 sutkalıq məcburi əmək və ya 25 sutkalıq həbslə cəzalandırılacaq.

Hazırda cərimə və həbs 123 dollar və 15 sutkadan artıq deyil.

Pedofiliyaya görə ömürlük həbs

Əgər döyülmə xüsusi qəddarlıqla azyaşlıya, xidməti və ya peşə fəaliyyəti ilə məşğul olan şəxsə qarşı törədilərsə qanun dəyişikliyi buna görə 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Qanunvericilik aktlarında intihar dərəcəsinə çatdırma və ya buna təhriketmə üçün 5 ildən 9 ilədək həbsxana cəzası nəzərdə tutulur.

Qanunda uşaqlara qarşı cinsi təcavüzə və ya pedofiliyaya görə ömürlük həbs cəzası nəzərdə tutulur.

Ramazan bayramı: süfrənizə istədiyinizi ala bilmisinizmi?
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Arvadını öldürməkdə ittiham olunan nazir

“Ailə-məişət zorakılığna qarşı” qanunun aşağı palatada birinci oxunuşu hələ 2020-ci ilin sentyabrında keçirilmişdi.

Lakin 2021-ci ildə deputatlar bildirmişdilər ki, sənədin daha dərindən işlənməsinə ehtiyac var. Prezidnet Kasım-Jomart Tokayev qanunun tərtibi zamanı rəy və təkliflərin nəzərə alınmasını tapşırmışdı.

AzadlıqRadiosu yazır ki, Saltanat Nukenova adlı qadın əri Kuandık Bişimbayevin zorakılığı nəticəsində öldükdən sonra minlərlə qazaxıstanlı Senata müraciət edərək qadınlara qarşı zorakılığın daha sərt cəzalandırılmasını nəzərdə tutan qanunların qəbulunu tələb etmişdilər.

BMT-nin məlumatına görə Qazaxıstanda hər il 400-dək qadın həyat yoldaşlarının və ya onlarla münasibətdə olan şəxslərin zorakılığı nəticəsində dünyasını dəyişir.

Qazaxıstanda hazırda keçmiş iqtisadiyyat naziri Bişimbayev və onun dayısı oğlunun məhkəməsi davam edir.

Bişimbayev arvadını öldürməkdə, dayıoğlu isə cinayəti gizlətməkdə ittiham olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG