Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:59

Onların çoxu başlarının çarəsinə baxmağın müxtəlif yollarını axtarır. Qazaxıstanda 1,9 milyon pensiyaçıdan 850 mindən çoxu minimum həddə pensiya alır. İlkin tələbat malları baha olduğundan pensiyaçıların bir çoxu əlavə gəlir yeri axtarmağa məcbur olur.

“Əlavə gəlir”

75 yaşlı Astana sakini, təqaüdçü Lidiya İvanovna “Avrasiya” ticarət mərkəzinin yaxınlığındakı bazarda turşuya qoyulmuş xiyar, pomidor, kompot satır. Lidiya İvanovnanın əri bu yaxınlarda vəfat edib. Özünün şəhər kənarındakı həyət evində tək yaşayır. Lidiya İvanovna deyir, dörd uşağı olsa da, onlara yük olmaq istəmir: “Onlar özlərini dolandıra bilmirlər, mənə necə baxsınlar? İndi hər yerdə işsizlikdir. Nə qədər ki, ayaq üstə dura bilirəm, gərək başımın çarəsinə özüm baxam”.

Astana, Lidia İvanovna 10 noyabr 2016.

Astana, Lidia İvanovna 10 noyabr 2016.

Buna da bax: Azərbaycanda pensiya sisteminin özəllikləri...

​Lidiya İvanovna 40 il ictimai iaşə sahəsində çalışdıqdan sonra indi ayda 38 min tenge, yəni 118 dollara yaxın pensiya alır. Bu məbləğ ona çatmır. Ona görə yayda həyətində giləmeyvə və tərəvəz əkib-becərir. Turşu, kompot hazırlayıb əlavə payızda satır. “İndi hər şey bahalaşır. Bir kiloqram ətin qiyməti 2 min tengedir. Axı, bu, çox bahadır. Mən paltar almağı yadırğamışam. Bu yaxınlarda soyuqlamışdım, xəstə yatdım. İynə-dərmana 20 min tenge xərclədim. Bazara da gələ bilmədim”, deyə təqaüdçü qadın şikayətlənir.

854 min nəfər minimal pensiya alır

Qazaxıstanın səhiyyə və sosial inkişaf nazirinin müavini Svetlana Jakupova deyir ki, hazırda iki milyona yaxın pensiyaçıdan təxminən yarısı minimal pensiya alır.

Buna da bax: Ölmədən neçə nəfər pensiya ala bilir?

Ölkədə minimal pensiyanın məbləği bu ilin əvvəlində 25 min 824 tenge müəyyənləşdirilib. Pensiyanın baza hissəsi 11 min 965 tenge təşkil edir. Bu gün 854 min nəfər minimal pensiya alır. Pensiyanın ən aşağı həddini – 25 min tenge alan isə təqribən 49 min nəfərdir. Nazir müavininin sözlərinə görə, onlar əsasən iş stajı çox az olan və ya ümumiyyətlə olmayan və pensiya fonduna vaxtilə ödəniş etməmiş şəxslərdir.

Svetlana Jakupova, 10 noyabr 2016

Svetlana Jakupova, 10 noyabr 2016

Qazaxıstanda yaşlılara və əmək qabiliyyəti olmayanlara dəstək məqsədilə 358 sosial dəstək bölməsi fəaliyyət göstərir. Sosial dəstək bölməsininxidmətindən 36 min insan faydalanır.

Noyabrın 10-da parlamentdə əhalinin məhsuldar yaşlanması mövzusunda müzakirənin sonunda yaşlıların həyat şəraitinin yaxşılaşdırılması üçün fəaliyyət planı işləyib hazırlamaq qərara alınıb.

Politoloq Yuri Buluktaevin dediyinə görə, yaşlı təbəqədə yoxsulluq səviyyəsiylə bağlı dəqiq bilgilərin olmaması belə fəaliyyət planı hazırlamağı çətinləşdirir.

200 min pensiya yaşıma çatmış insan işləyir

Rəsmi statistikaya əsasən, ölkədə əhalinin 11.3%-ni pensiyaçılar təşkil edir. Onların 200 mini pensiya yaşına çatsa da, işləməyə davam edir.

Son 5 ildə baza pensiyası 8 min tengedən təqribən 12 minədək, minimal pensiya isə 16 mindən təqribən 26 minədək qaldırılıb. Hökumət 2017-ci ildə bu məbləğlərin daha 9% yüksəldiləcəyi bildirib.

“Pensiya təminatı haqqında” mövcud qanunvericiliyə görə, hazırda Qazaxıstanda kişilər pensiyaya 63, qadınlar isə 58 yaşından çıxırlar. 2018-ci ildən başlayaraq, qadınların pensiya yaşı mərhələli şəkildə qaldırılacaq və 2027-ci ildən qadınların da pensiya yaşı kişilərdəki kimi, 63 yaş olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG