Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:21

Qazaxıstan neftçilərinin etirazları güclənir


Aclıq aksiyası keçirənlər
Aclıq aksiyası keçirənlər

Qərbi Qazaxıstanda müstəqil həmkarlar ittifaqları konfederasiyasının bağlanması ilə əlaqədar neftçilərin etirazları güclənməkdəir.

AzadlıqRadiosu Qazax xidmətinin yanvarın 18-də verdiyi məlumata görə neft hasil edən Manqıştau vilayətində iki həftədir davam edən aclıq aksiyasında neft sektorunun 400 işçisi iştirak edir.

Etiraz aksiyası 90 neftçinin iştirakilə başlanmışdı.

Aclıq aksiyası keçirənlərin əksəriyyəti Manqıştaunun Qalamqas və Jetıbay neft mədənlərində çaslışanlardır.

Onlar Qazaxıstanın hakim Nur Otan partiyasından Qazaxıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının bərpasını tələb edirlər.

Konfederasiya yanvarın 4-də məhkəmə qərarı ilə bağlanıb.

Məhkəməyə Qazaxıstanın Ədliyyə Nazirliyi müraciət etmişdi. Nazirlik konfederasiyanı 2015-ci il qanuna uyğun olaraq özünü 6 ay müddətində “milli ittifaq” kimi qeydiyyatdan keçirmək tələbini pozmaqda ittiham edirdi.

1991-ciildə SSRİ-nin dağılmasından sonra yaradılmış təşkilat müxtəlif vaxtlarda müxtəlif adlarla fəaliyyət göstərib.

Konfederasiya nümayəndələri isə bildirirlər ki, onların bəzi fəaliyyət sahələrini qeydiyyatdan keçirməsinə elə hökumətin özü maneə yaradır.

Neftçilər bidliriblər ki, aclıq aksiyasına daha çox adamlar qoşulacaq və aksiya konfederasiya bərpa olunanadək davam etdiriləcək.

Maraqlıdır ki, aksiyaya qoşulanların əksəriyyəti hakim partiyanın üzvləridir.

Lakin Nur Otan partiyasının Manqıştau vilayət komitəsinin rəhbəri Xalila Nurqaliyeva aclıq aksiyasını “qanunsuz” adlandırıb.

Bununla belə o əlavə edib ki, etirazçılar rəsmən müraciət etsəydilər partiya rəhbərliyi onlarla görüşüb problemi müzakirə edə bilərdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG