Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:27

Qazaxıstan qorxunc oyuncaqların yığışdırılmasını təklif edib


Foto arxiv
Foto arxiv

Balaca Yasmina hər gün sevimli kuklasını yuyundurur. Bu onun üçün sadəcə oyuncaq yox, xəyali qızıdır.

Anası Alma deyir ki, ona oyuncağı çox ehtiyatla seçirlər. Buna görə də uşaq otağında oyuncaq azdır.

“Oyuncağı ehtiyatla alırıq, ona görə ki, o qədər qorxunc oyuncaqlar var ki, nəinki, uşaq, hətta mən də qorxuram” ,Alma Ayaqanova deyir.

“Antoşka” mağazalar şəbəkəsində deyirlər ki, müasir valideynlər oyuncaq seçimində daha diqqətlidirlər. Satış şöbəsinin rəhbəri Diana Alaeva deyir ki, əksəriyyət əqli inkişafı artıran oyuncaqlara, konstruktor və plastilinə üstünlük verir.

Amma indi hökumət oyuncaq sahəsinə əl gəzdirmək istəyir.

Qazaxıstan Avrasiya iqtisadi birliyi ölkələrində oyuncaqların məcburi psixo-pedaqoji ekspertizadan keçirilməsini təklif edib.

İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinin sədr müavini Nurkan Sadvakasov:

“Cinsi orqanlı kuklalar uşaqda yaşına uyğun olmayan qeyri-sağlam maraq doğurur. Timsah uşağı ceynəyəndə qan axır və yaxut şirin qabaq pəncələri qanlıdır. Bax belə şeylər var. Əlbəttə bu, istehsalçıları qıcıqlandırır, amma buna görə ajiotaj yaratmağı başa düşmürəm”.

Nurkan Sadvakasovun sözlətinə görə, Qazaxıstanda bu cür ekspertiza hələ 2008-ci ildən keçirilir və artıq Qazaxıstanın mövqeyi də hazırlanıb və onu Avrasiya Komissiyasına təqdim ediblər.

Sənəd noyabrın 30-da açıq müzakirəyə çıxarılacaq və əgər qəbul olunsa hər bir ölkə milli qanunvericiliyinə düzəliş etməli olacaq.

Antoşka mağazalar şəbəkəsində Qazaxıstan rəsmilərinin təşəbbüsündan halidilər, amma bu onları hələ ki, narahat eləmir.

Satış şöbəsinin rəhbəri Diana Alaeva deyir ki,

XXI əsrdir demək olar ki, hər ay yeni cizgi filmləri, yeni qəhrəmanlar və yeni oyuncaqlar çıxı.”

Ekspertlər deyir ki, əlavə tədqiqat oyuncaqların istehsal xərcini artıra bilər. Bundan başqa onlar ekspertiza aparacaq komissiya iştirakçılarının subyektivliyindən narahatdırlar.

Və nə qədər ki, yaşlı əmilər oyuncaqları yaxşı və pislərə bölür, qazaxıstanlı uşaqlar tezliklə mağazalardan yoxa çıxa bilən kuklalar və heyvanlarla istədikləri qədər oynaya bilərlər .

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG