Qazaxıstanın Rusiyaya birləşdirilməsinə çağıran Şimali Qazaxıstan sakini İgor Cuprina 5 il yarım azadlıqdan məhrum edilib.
Məhkəmə onu,sosial şəbəkələrdə millətlərarası ədavəti qızışdırmaqda təqsirli bilib.
Prokuror ona 7 il iş istəmişdi.
İstintaqın məlumatına görə, 37 yaşlı Cuprina 2014-cü il sentyabrın 1-dən 2015-ci il mayın 20-dək “Vkontakte” sosial şəbəkəsində istifadəçilər arasında neqativ reaksiya doğuran və sosial gərginlik yaradan şərhlər yazıb.
Cuprina Qazaxıstan xalqından üzr istəsə də 5 il yarım azadlıqdan məhrum edilib.
Son bir neçə il ərzində Rusiya ilə sərhəd olan Şimali Qazaxıstanda separatçılıq ittihamı ilə bir neçə belə cinayət işi açılıb.
2015-ci ilin aprelində Tatyana Shevtsova-Valovaya qazaxları “curka” adlandırdığına və Qazaxıstanın Krım kimi Rusiyaya birləşdirilməli olduğunu yazdığına görə 4 il azadlıqdan məhrum edilib.
Həmçinin “Vkontakte”dəki Publika saytının moderatoru İgor Sıchev ,Qazaxıstanın Ridder şəhərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sorğu keçirmək təşəbbüsünə görə 7 il azadlıqdan məhrum edilə bilər.