Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:39

Qazaxlı: “Damlarımız məşəlin badına getdi”


Prezident İlham Əliyev olimpiya məşəlini yandırır, 26 aprel, 2015

Prezident İlham Əliyev olimpiya məşəlini yandırır, 26 aprel, 2015

►​“Dedilər, məşəl gəlir. Evlərin dam örtüklərinə əl gəzdirmək lazımdır, küçəboyu bütün damlar eyni örtüklü olmalıdır.

Söküb qoydular yerə, əvəzinə tola bənzər dam örtükləri vurdular. Buralar da yayda çox isti olur. Bütün yayı dam örtükləri yayda əridi”.

Qazax rayonu, Səməd Vurğun küçəsinin sakini Sabir Hacıyev belə deyir.

Onun sözlərinə görə, Avropa Oyunları öncəsi Qazaxa gələn məşələ görə dəyişdirilmiş dam örtüklərinin ayıbı bir-bir üzə çıxmaqdadır. Onun sözlərinə görə, yerli icra hakimiyyətinin işçilərinin vurduqları dam örtükləri çox keçməyib ki, mənzil sahiblərini çıxılmaz durumda qoyub:

“Bu küçədə evlərin dam örtüklərini bir neçə il əvvəl uzun-uzadı yazışmalardan sonra gəlib düzəldiblər. Babat vəziyyətdə olan dam örtüklərini söküb əvəzinə keyfiyyətsiz, isti-soyuğa davamsız örtüklər vurublar. İndi əziyyətini biz çəkirik”.

Buna da bax: Sabir Rüstəmxanlı: "Bu, şüursuzluğun əlamətidir"

"Dam örtüyümü zorla sökdülər"

Sabir Hacıyev xərc çəkib bu yaxınlarda ev-eşiyini təmir etdirib. Dam örtüyünü də təzələyib. Hətta oyunqabağı evinin dam örtüyü dəyişdirilərkən etiraz da edib. Amma:

“Dedilər, bizimlə mübahisəyə girmə, yuxarıdan göstəriş var ki, bütün dam örtükləri dəyişməli, eyni olmalıdır. Başa düşə bilmirəm, mənim evimin dam örtüyünə görə niyə başqası göstəriş verməlidir? Halbuki başqa küçələrdə elə evlər var ki, dam örtükləri bərbad vəziyyətdədir, yerli icra nümayəndəliyinə, bələdiyyəyə yalvarsalar da, əncam çəkən yoxdur. Mənimsə evimin təzə dam örtüyünü zorla söküb yerinə keyfiyyətsizini vurdular. İndi yağış yağanda, otaqlara vedrə düzürük”.

Buna da bax: Bakı polisini heyrətləndirən hind musiqiçi

“Yalnız məşəl keçən küçələri düzəltdilər”

Eyni küçənin başqa sakini Rasim Almasov isə evinin dam örtüyü dəyişdirilərkən yeni təmirdən çıxmış evinin bərbad günə düşdüyünü deyir:

“Şou göstərdilər. Burada o qədər düzəldiləsi yollar, küçələr, su xətləri var ki… Yalnız məşəl keçən küçələri düzəltdilər”.

İcra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, bu ilin may ayında mərkəzi küçələrdə abadlıq işləri aparılarkən sıradan çıxmış dam örtükləri də yeniləri ilə əvəz edilib. İş də yüksək səviyyədə görülüb. İcra hakimiyyəti kiminsə bu işdən qəzəblənməsinə, necə deyərlər, mat qalıb:

“Küçədəki evlərin dam örtüklərinə baxış keçirib zərurət varsa, onları yeniləri ilə əvəz edərik. Ancaq bir nəfərin narazı qalması o demək deyil ki, görülən bütün işlər sual altına alınmalıdır”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG