Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:23

Yeni dünya mərhələsi: ABŞ da artıq təbii qaz ixracatçısıdır


ABŞ-da təbii qaz hasilatı

ABŞ-da təbii qaz hasilatı

ABŞ-ın Enerji Departamenti Birləşmiş Ştatların 2020-ci ilədək dünyanın 3-cü ən böyük maye halında olan təbii qaz ixracatçısı olacağını açıqlayıb.

Bu, daxili neft və qaz bumunun beynəlxalq enerji biznesinə təsirinin bariz nümunəsidir.

Enerji ticarəti üzrə ixtisaslaşmış "S&P Global Platts" informasiya agentliyinin məlumatına görə, ABŞ noyabr ayında hər gün, ortalama, 210 milyon kubmetr qaz ixrac edib və sutkada 198 milyon kubmetr qaz alıb. Məlumatda deyilir ki, sentyabrda da bir neçə gün ərzində ixracat idxalatı üstələyib. ABŞ-ın sonuncu dəfə idxal etdiyindən daha çox təbii qaz almasından, az qala, 60 il ötür.

Buna da bax:​ SOCAR almağa qaz axtarır

“Gələcəkdə baş verəcəklərin müjdəsi”

ABŞ bir müddət əvvəl xam neft ixracının əksər hissəsinə qoyulmuş qadağanı da aradan qaldırıb. Beləcə, demək olar, yarım əsr ərzində tankerlər ilk dəfə Amerika neftini xaricə daşımağa başlayıblar. ABŞ enerji mənbələrinin dünya bazarına bu çıxışı daimi xarakter daşıya bilər. Xarici neft istehsalçılarının problemləri azmış kimi, ABŞ-ın enerji sənayesi də dünya bazarından öz payını götürməyə çalışır.

“Bu, gələcəkdə baş verəcəklərin müjdəsidir", - "Ion Energy Group" broker şirkətinin tərəfdaşı Sid Perkins belə deyir. Onun sözlərinə görə, təbii qaz “xam neft kimi qlobal makro bazar özəllikləri daşıyacaq və burada qlobal amillər qazın taleyinə təsir göstərəcək".

Buna da bax:​ Neft, qaz hasilatı azalıb

Təhlilçilər deyirlər ki, havaların soyuması ABŞ-da qaza daxili tələbatı artıra və ölkəni yenidən idxalatçıya çevirə bilər. Ancaq onların sözlərinə görə, mümkündür ki, xarici satışların artması təbii qaz sənayesinin inkişafına və daxili tələbatdan qat-qat daha çox qaz hasil edilməsinə yol açsın.

2010-cu ildən bəri qaz ixracatı 50 faiz artıb

Mart ayında təbii qaz bazarında təklif toxluğu qiymətləri son 17 ildə rekord həddə ucuzlaşdırıb. O vaxtdan qiymətlər 80 faiz bərpa olunub. Alıcılar yayda qazı anbarları doldurmaqdan ötrü, qışda isə qaza təbii tələbatı ödəmək üçün alırlar. Bununla belə, qiymətlər hələ də neft bumu dövründəki səviyyədən xeyli aşağıdır.

2010-cu ildən bəri qaz ixracatı 50 faiz artıb. "Citigroup"un hesablamalarına görə, ABŞ 2020-ci ilədək özünün daxili istehlakının 1/5-i qədər qaz ixrac edəcək. ABŞ Enerji Departamenti bildirir ki, həmin il ABŞ Avstraliya və Qətərdən sonra dünyanın 3-cü ən böyük maye təbii qaz ixracatçısı olacaq.

Buna da bax:​ Azərbaycanın neft və qaz strategiyası Qərb ekspertinin gözü ilə

ABŞ təbii qazının ən böyük alıcıları Şimali Amerika Azad Ticarət Müqaviləsi (NAFTA) üzrə tərəfdaşları - Meksika və Kanadadır. Enerji İnformasiya İdarəsinin məlumatına görə, cənub sərhədindən keçən yeni qaz kəmərləri avqust ayında Meksikaya ixracı rekord səviyyəyə çatdırıb. Meksikaya ixrac olunan təbii qazın həcmi ABŞ-ın daxili bazarında işlədilən qazın toplam həcminin 6 faizinə çatıb. Meksika ABŞ qazından elektrik stansiyalarını çalışdırmaq və daxili istehsalda yaranmış boşluğu doldurmaq üçün yararlanır.

Kanadada isə ABŞ qazı evləri və iş yerlərini qızdırır. Bu ölkəyə qaz ixracı son bir neçə ildə sabit qalıb və avqustda ümumi qaz istehsalının 2,5 faizinə bərabər olub.

Buna da bax: SOCAR Türkiyədə neft terminalı alır

Belə olarsa…

Bəzi təhlilçilər ölkənin yeni prezidenti seçilmiş Donald Trump-ın ABŞ-ın Meksika ilə ticarət müqaviləsinə yenidən baxmaq barədə seçkiöncəsi vədlərindən ehtiyatlanırlar. Belə olarsa, Meksikaya qaz ixracı azala bilər. Ancaq burası da var ki, ABŞ-ın qaz sənayesi Amerikadan daha uzaqlarda da yeni bazarlar tapır. Fevral ayından (terminaldan qaz ixracı məhz həmin vaxt başlayıb) bəri "Cheniere Energy Inc." şirkətinin "Sabine Pass" maye qaz terminalından ixracatı gündə 42,5 milyon kubmetrə çatıb.

“Cheniere” 2008-ci ildə açılanda, onun təbii maye qaz alacağı planlaşdırılırdı. Ancaq şist qatlarından təbii qaz hasilatı bu şirkəti həmin qazı xaricə ixrac etməyə icazə almış ilk Amerika şirkətinə çevirdi.

ABŞ-la azad ticarət müqaviləsi olan Sinqapur və Cənubi Koreya kimi ölkələrə təbii qaz ixracına icazə almaq tez başa gəlsə də, belə müqavilənin olmadığı və Yaponiyanın da daxil olduğu iri idxalatçılara satış əlavə mərhələlərdən keçməyi tələb edirdi.

Buna da bax:​ Üzən qaz terminalı Litvaya çatıb

2011-ci ildə “Cheniere” bu qəbildən olan ölkələrə də təbii qaz satmağa icazə ala bildi.

Bir neçə terminal…

“Cheniere” "Sabine Pass" terminalını genişləndirməyə davam edir. Şirkətin bir neçə digər terminalı 2017 və 2018-ci ildə işə başlayacaq. 2013-cü ildə Texasda - Kuintana adasında yerləşən Friport maye təbii qaz terminalı da hökumətdən ixracat üçün icazə aldı. Bu terminal ixracata 2018-ci ildə başlayacaq. "Dominion Resources" şirkəti isə artıq gələn il özünün Çizapik buxtasındakı (Virciniya ştatı) terminalından Yaponiya və Hindistana təbii qaz göndərəcək.

Buna da bax:​ 'Avropanı qazla təmin etmək istəyən ölkə öz məktəblərinə istilik vermir'

Cəmi 10 il öncə...

Dünya bazarında tələbatın azalması və təklifin artması maye təbii qaz qiymətlərini ucuzlaşdırıb. Bazarın durumu uzunmüddətli sazişlər bağlamaq imkanlarını da azaldıb. Bu, ixrac terminallarının maliyyələşdirilməsini çətinləşdirir. 2016-cı ilin əvvəlində "Royal Dutch Shell PLC" Luizianadakı Çarlz gölündə ixrac terminalı inşa etmək planlarını ertələdiyini bildirib. Şirkət bunu bazardakı toxluqla izah edib.

Amerika şist enerji istehsalçıları dünya bazarına təsirini artırmaqdadır. Cəmi 10 il öncə bunu çox az adam proqnozlaşdıra bilərdi.

Şərhləri göstər

XS
SM
MD
LG