Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

►"Hökumət artıq bu cür primitiv məsələləri də həll edə bilmir"

Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 15...

Bu binanın sakini Rakif Əliyev blokdakı istilik xəttini yoxlayır:

– İstilik yoxdur. Qışın günündə uşaqlar soyuqda qalıb. Nə qədər zəng edirəm, danışa bilmirəm o idarəylə, daim məşğul göstərir.

Rakif Əliyev bizi mənzilinə dəvət edir, otaqlardakı istilik xətlərinə yaxınlaşır, üçüncü mərtəbəyə qalxana kimi istiliyin gəlib-gəlmədiyini bir də yoxlayır. Vəziyyət eynidir: “Soyuqdu, su da yoxdur”.

Onun sözlərinə görə, bütün günü evdə elə isti çöl paltarında oturur. Qalın gödəkcəsində, papağı başında:

– Bax, bu formada otururam evdə, papaqda, gödəkcədə. Birini də hələ üstdən geyinirəm. Onu indicə çıxardım. Çöl evdən istidir. Betondur evlərimiz axı.

Rakif Əliyev gecə yatanda da pal-paltarını çıxarmadığını söyləyir. Üstəlik gecələr ayağına qalın corab geyindiyini bildirir:

Rakif Əliyev deyir ki, soyuq evdə yatdığından səhərlər boğazı şişir.

– Yoxdur da “otopleniya”, bir də görürsən, 10 dəqiqə qızdırdılar, sonra söndürdülər. Bu gün, ümumiyyətlə, olmayıb. Arvad, qızım, nəvəm, üçü bir yerdə yatırlar ki, isti olsun. O otağa elektrik “peçi” qoyuram.

Rakif Əliyev deyir ki, soyuq evdə yatdığından səhərlər boğazı şişir. Odur ki, dava-dərmanla gəzir:

– Dava dərman da, bax, cibimdə...

Buna da bax: Tbilisiyə yağış, Bakıya ah-nalə...

“AZƏRİSTİLİKTƏCHİZAT”: “SAKİNLƏRİN GÜNAHI YOXDUR”

“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətinin rəhbəri Rafiq Əliyev AzadlıqRadiosuna deyir ki, bütün qazanxanalar işlək vəziyyətdədir. Sadəcə, qurumun “Azəriqaz”a borcu olduğu üçün qazanxanaların bir çoxunu işə sala bilmirlər. Düzdür, Rafiq Əliyev baş verənlərdə sakinlərin günahı olmadığını bildirir.

Olqa Mixaylovna

Olqa Mixaylovna

Yerimə girirəm, odeyala bürünüb uzanıram, bütün gecəni radiator işləyir, elə gündüzü də. Söndürsəm, soyuq olar. İşıqpulu da hara vurur...

Elə Rakif Əliyevin qonşusu Olqa Mixaylovna da bu fikirdədir ki, iki dövlət qurumu aralarındakı haqq-hesabı müştəriləri qatmadan həll etməlidirlər. Yaşlı qadın soyuqda xəstələnməmək üçün gecə-gündüz elektrik sobası yandırdığını söyləyir.

– Yerimə girirəm, odeyala bürünüb uzanıram, bütün gecəni radiator işləyir, elə gündüzü də. Söndürsəm, soyuq olar. İşıqpulu da hara vurur...

Binanın başqa sakini Nəsimə Sultanova da, adətən, mənzillərə noyabrın 15-dən istilik verildiyini bildirir:

– İndi niyə vermirlər, bilmirəm. Qoca anamın soyuqdan ayağı tutulub, yeriyə bilmir. Qazı da yandırırsan, nə qədər pul yazır. Yananda iki-üç yorğanla yatırıq, başımız donur.

Buna da bax: Terrorun təşkilatçısı Parisdə öldürüldü

Natiq Cəfərli

Natiq Cəfərli

“HÖKUMƏT PRİMİTİV MƏSƏLƏNİ DƏ HƏLL EDƏ BİLMİR”

İqtisadçı Natiq Cəfərli baş verənləri “absurd” adlandırır və hökumətin səhlənkarlığı kimi dəyərləndirir. Onun sözlərinə görə, hər iki qurum dövlət müəssisəsidir və onların bir-birinə borcu olub-olmamasının sakinlərə aidiyyatı yoxdur.

Natiq Cəfərlinin qənaətincə, hökumət sadəcə qışa hazırlaşmayıb. Əks halda, o, əvvəlcədən bu işə qarışıb ya borcları silməliydi, ya da başqa qərar verməliydi. Bununla da sakinlər əziyyət çəkməzdilər:

– Ara yerdə sakinlər əziyyət çəkir və onların hüquqları pozulur. Hökumət, adətən, iki müəssisənin qarşılıqlı borcunu silir. Bunu dəfələrlə görmüşük. Bu problemin olması birdən-birə ortaya çıxmayıb, yaydan bilinirdi. Çox primitiv məsələdir. Hökumət artıq bu cür primitiv məsələləri də həll edə bilmir.

Buna da bax: Ana oğlunun ailəsini evə buraxmır- [Məhkəmə]

“RAZILIĞA GƏLDİK...”

“Azəristiliktəchizat”dan Rafiq Əliyevsə AzadlıqRadiosunu əmin edir ki, iki qurum arasında problem noyabrın 19-da, demək olar, yoluna qoyulub:

– Borclarla bağlı problemlər vardı, danışıqlar apardıq və artıq həll olunur. Bu gündən bir xeyli yerlərə istilik verildi, qalan yerlərə də sabah veriləcək.

- Bu problem vaxtında həll oluna bilərdimi? Baş verənlər “Azəriqaz”ın günahıdır, yoxsa “Azəristiliktəchizat”ın?

- Çoxdan yığılmış borcların problemi idi. Əslində, nə “Azəristilik”in, nə də “Azəriqaz”ın günahı idi. Düzdü, sakinlərin də günahı yoxdur. Sakinlər niyə soyuqda qalmalıdır ki? İkisi də dövlət qurumudur və problem bizim aramızda çözülməliydi ki, sakinlərə xətər dəyməsin. Amma indi belə alındı...

Rafiq Əliyevin kimi günahkar çıxardığı bəlli olmasa da, bəzi binalara istilik verilməsinə biz də şahid olduq, bəzi binalardasa sakinlər hələ daha bir gün üşüməlidirlər. Təbii, iki qurum razılığı pozmasa...

Hər il noyabrın 15-dən qış rejiminə keçid başlayır və mənzillərə istilik verilir. Bu il istilik verilməsi 4 gün gecikib. Bu günlər Bakida havalar soyuq keçir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG