Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:28

►"Sayğacdankənar qaz xətti aşkar edilib"

Bakının Xəzər rayonunda “Azərqaz”ın əməkdaşını döyüb, onurğasını qırıblar.

Məlumatı yayan “Azəriqaz” İstehsalat Birliyi bildirir ki, hadisə təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən yoxlamalar zamanı baş verib:

"Yoxlama zamanı Türkan qəsəbəsinin Xanlar küçəsində abunəçi Məmmədağa Mayılovun həyətyanı sahəsindəki istixanaya sayğacdankənar qaz xətti çəkdiyi aşkar olunub. Həmin xəttin ləğvi zamanı baş verən insidentdə “Azərqaz”ın qaynaqçısı Məhərrəm Məhərrəmova ağır bədən xəsarətləri yetirilib. Qaynaqçı onurğa sütununun qırılması diaqnozu ilə xəstəxanaya yerləşdirilib."

Günün bütün mövzuları

XS
SM
MD
LG