Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:04

Kadyrov: 'Uşaqları idmana cəlb edirik'


Oktyabrın 5-də Rusiya Federasiyasının Qarışıq Döyüş Növləri (MMA) İttifaqının prezidenti Fedor Emelianenko Qroznıda keçirilmiş qarışıq döyüşlərdə uşaqların iştirak etməsindən narazılıq bildirib.

«O VAXT ANLAYARDIQ Kİ...»

O, həmçinin qeyd edib ki, MMA qaydalarına görə, qarışıq döyüşlərdə yaşı 12-yə çatmamış idmançıların iştirakına icazə verilmir. «Vaxtından əvvəl döyüşlərdə böyüklərlə eyni səviyyədə iştirak etmək uşaqların həm fiziki, həm də psixoloji sağlamlığına ziyan vura bilər», deyə tanınmış idmançı əlavə edib.

Çeçenistan rəhbəri Ramzan Kadyrov özünün «Instagram» səhifəsində Emelianenko-nun tənqidinə münasibət bildirib.

«ÇEÇENİSTANDA UŞAQ EVLƏRİ YOXDUR»

«Bir rus pəhləvanı və vətənpərvər kimi Çeçenistanı bayram münasibətilə təbrik edəydi, ilk MMA kəmərinin oynanılması faktını qeyd edəydi, heç olmasa, bir dəfə Çeçenistana gələydi, bizim turnirləri keçirməyimizə, idmanı inkişaf etdirməyimizə baxaydı. Ancaq indi onun bəyanatları suallar doğurur», - deyə Kadyrov yazıb.

O əlavə edib ki, başqalarının uşaqlarının şəkillərini paylaşaraq, altında şərhlər yazdırmaq etika və əxlaqın birbaşa pozulmasıdır.

«Biz Çeçenistanda Rusiya rəhbərliyinin tapşırıqlarını yerinə yetirməkdən ötrü bütün üsullardan yararlanırıq. Uşaqları və gəncləri idmana cəlb edirik. Çeçenistanda uşaq evləri, yetimxanalar, başsız uşaqlar yoxdur. Uşaqlara qarşı cinayətlər ya yoxdur, ya da çox azdır. Heç bir yerdə uşaq hüquqlarının müdafiəsi üçün Çeçenistandakı qədər kompleks iş aparılmır», – Kadyrov yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG