Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:41

Dispetçer dəhşətli qəzadan əvvəl videooyun oynayırmış


Almaniyada qatar qəzası, Bavariya, 9 fevral, 2016

Almaniyada qatar qəzası, Bavariya, 9 fevral, 2016

►Qatarların niyə toqquşduğu bilindi

Rəsmilər bildiriblər ki, fevral ayında Almaniyanın cənub torpağı olan Bavariyada baş vermiş, 11 nəfərin həyatına son qoymuş dəhşətli qatar toqquşmasından əvvəl dispetçer öz telefonunda videooyun oynayırmış.

Alman müstəntiqləri deyirlər ki, oyun qatarların hərəkətinə nəzarət etməli olan dispetçerin diqqətini yayındırıb. Onların fikrincə dispetçerin hərəkəti "müvəqqəti nasazlıq"dan daha çox "vəzifə səhlənkarlığı"dır.

Dispetçer qətl və başqa cinayətlərdə ittiham olunur.

Sözügedən qatar toqquşması fevralın 9-da Münxendən 60 kilometr cənub-şərqdə, Almaniyanın kurort şəhərciyi olan Bad Ayblinq yaxınlığında, baş verib. Hadisə nəticəsində həm də 24 nəfərin ağır, 61 nəfərinsə nisbətən yüngül xəsarət aldığı bildirilir.

Almaniyanın Nəqliyyat Naziri Alexander Dobrindtin sözlərinə görə hadisə baş verən an hər iki qatar eyni rels üzərində saatda 100 km sürətlə hərəkət edirmiş.

___________________________________________________________

Bunlara da bax:
Şeyxülislam süni mayalanmaya razılıq verdi
«Dedi, pullar Heydər Əliyev Fonduna köçürülüb»

___________________________________________________________

Hadisədən bir həftə sonra yerli prokuror Wolfgang Giese 39 yaşlı dispetçerin məsuliyyət daşıdığını bildirib. Ancaq nə baş verdiyi dərhal aydın olmayıb.

"Əgər o qaydalara əməl etsəydi ... iki qatar arasında toqquşma baş verməyəcəkdi," deyə prokuror vurğulayıb.

Müstəntiqlər qəzaya səbəb ola biləcək hər hansı mexaniki nasazlıq, yaxud texniki qüsur aşkar etmədiklərini bildiriblər.

___________________________________________________________

Bunlara da bax:
Müsəlman ölkələri Qarabağ probleminin həllinə qoşulur
Xədicə İsmayıl: "İlham Əliyev də sifarişi verməkdə acizdir"

___________________________________________________________

Günün bütün mövzuları

XS
SM
MD
LG