Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:11

Behbud ağa Şaxtaxtinski 3 gülləni ürəyinə niyə və necə sıxdı?- Anons 


Hüquqşünas (soldan) Səməd Vəkilov və tarixçi-alim Nail Əliyev

Hüquqşünas (soldan) Səməd Vəkilov və tarixçi-alim Nail Əliyev

AzadlıqRadiosunun “İz” proqramı Azərbaycan tarixinin az öyrənilmiş səhifələrini vərəqləməkdə davam edir. Bu dəfə oktyabrın 13-də 95 ili tamamlanan (1921) “Qars Müqaviləsi”ndən söz açılacaq:

– “Qars Müqaviləsi” adı ilə tarixə düşən, imzalanmasından 95 il ötən bu sənəd niyə, zaman-zaman, gündəmə gəlir?
– “Qars Müqaviləsi”nin nəyi hədəflədiyini və önəmini qısaca necə açıqlamaq olar?
– “Bu müqavilə daha çox hansı dövlətə sərfəlidir” sualının hansı cavabları var?
– Müqavilə imzalanarkən, Azərbaycanı kimlər təmsil edirdi?
– Azərbaycan nümayəndə heyəti üzvlərinin sonrakı taleyi necə olub?
--Erməni tərəf nədən narazıydı?
– “Qars Müqaviləsi”nin gözardı edilən, diqqətdən yayınan və ya yayındırılan hansı maddələri var?
– Dövr və şərtlərin dəyişməsi “Qars Müqaviləsi”nin önəminə necə təsir göstərir?
– Müqavilə nə vaxt öz qüvəsini itirə bilər?

USSR -- The frontier established in the Treaty of Kars

USSR -- The frontier established in the Treaty of Kars

-Və nəhayət, 1921-ci ildə Qars müqaviləsinə Azərbaycan tərəfdən imza atmış Behbud ağa Şaxtaxtinski 4 il sonra “ürəyinə 3 güllə”ni niyə və necə sıxdı?
Bu və digər suallara yarım saat boyunca AzadlıqRadiosunun “İz” proqramında cavab aranacaq.
Tarixçi alim Nail Əliyev, “Qars Müqaviləsi” və bu müqavilənin hazırlanmasında böyük əməyi olan Tağı bəy Səfiyev haqqında filmin müəllifi hüquqşünas Səməd Vəkilov verilişə bələdçilik edəcəklər.
Oktyabrın 9-da saat 23-də “İz”ə düşün, “İz”dən çıxmayın.

Tariximizin daha bir səhifəsinin “İz”inə düşək.

Günün bütün mövzuları

XS
SM
MD
LG