Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:50

Rusiya Yerevanda bu heykəlin niyə qoyulduğunu 'anlamır'


Qaregin Njdenin Yerevandakı heykəli

Qaregin Njdenin Yerevandakı heykəli

-

Rusiya anlamır ki, Yerevanda niyə Qaregin Njdeyə abidə ucaldılıb.

Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Qaregin Njde 2-ci Dünya Müharibəsi zamanı sovet ordusuna qarşı döyüşən erməni legionunun yaradıcılarından sayılır.

Zaxarova deyib ki, Rusiya "nasizm təzahürlərinin qəhrəmanlıq kimi qələmə verilməsinin" əleyhinədir.

Sözçü bildirib ki, "biz erməni xalqının Böyük Vətən müharibəsindəki şücaəti haqda bilirik, ona görə belə bir heykəlin Yerevanda niyə qoyulmasını anlamırıq".

Tunc heykəli bu yaxınlarda Yerevanın mərkəzində ucaldılan Njdenin 2-ci Dünya Müharibəsindən xeyli əvvəl elan edilən millətçi ideyaları Ermənistanın hakim Respublikaçı Partiyasının ideoloji platformasının formalaşdırılmasında istifadə edilib.

29 may - Respublika günündə heykəlin açılış mərasimində prezident Serj Sarkisyan da iştirak edib.

Qaregin Njde

Qaregin Njde

Mühacirətdə sovet hökumətinə qarşı ideoloji iş aparanacan Njde erməni tarixçilərinin fikrincə, "böyük qəhrəmanlıqlar edib".

Njde 1-ci Dünya Müharibəsində Rusiya qoşunlarının tərkibində könüllü əsgər kimi Türkiyəyə qarşı vuruşub.

Erməni tarixçiləri hesab edirlər ki, sonrakı illərdə Njde "Naxçıvan və Qarabağ kimi Zəngəzurun da gizli türk-bolşevik planının tərkib hissəsi olaraq Azərbaycana verilməsinin qarşısını alıb".

Azərbaycanda isə Njde Zəngəzurda azərbaycanlıların üsyanlarını yatıran, Müsavat əsgərlərinə qarşı vuruşan qəddar dəstələrin rəhbəri kimi tanınır.

İkinci Dünya müharibəsinin sonunda Njde həbs edilərək 25 illik həbs cəzasına məhkum olunub və sovet həbsxanasında ölüb.

1992-ci ildə Ermənistan prokurorluğu ona bəraət verib.

Rusiya XİN-in sözçüsünün dediklərini Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov şərh edib.

O, Njdenin nasistlərlə müqayisəsini düzgün saymır.

Deyir ki, ruslar üçün Suvorov kimdirsə, Njde də ermənilər üçün o cür milli qəhrəmandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG