Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:16

25 il əvvəl Qarakənddə vurulan Azərbaycan vertolyotu


1991-ci il 20 noyabr vurulan vertolyotun qalıqları

1991-ci il 20 noyabr vurulan vertolyotun qalıqları

25 il əvvəl – 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb.

Rəsmi versiyaya görə, nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub.

Buna da bax: 20 noyabr vertolyot qəzasından 22 il keçir-VİDEO

Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatı Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, eləcə də Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.

Həmin qəzadə həlak olan Azərbaycanın baş prokuroru İsmət Qayıbov

Həmin qəzadə həlak olan Azərbaycanın baş prokuroru İsmət Qayıbov

Buna da bax: Qarakənd üzərində vertolyot qəzasının 23 ili tamam olur [Fotolar]
İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib.

Faktla bağlı 1991-ci il noyabrın 21-də Hərbi Qarnizon Prokurorluğu cinayət işi açıb. İstintaq Respublika Prokurorluğunda davam etdirilib.

Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Buna hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı əsas gətirilib. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG