Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:16

XİN Ermənistanı avantürada ittiham etdi


XİN
XİN

-

Belqradda ATƏT-in 22-ci Nazirlər Şurasının iclasının keçirildiyi bir vaxtda Azərbaycan-Ermənistan təmas xətti boyunca atəşkəsin intensiv pozulması danışıqlar prosesini pozmaq cəhdidir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 5-də yaydığı bəyanatda bildirir.

Bəyanatda deyilir ki, son günlər təmas xətti və iki ölkənin sərhədi boyunca Ermənistan tərəfindən təxribat-diversiya əməlləri törədilir, iriçaplı silahlar, minaatan, qumbaraatan və digər ağır atəş vasitələri tətbiq edilir: «Ermənistan tərəfinin qəsdən törətdiyi məsuliyyətsiz və hərbi avantüra xarakterli əməllərin nəticəsində son bir neçə gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin 2 nəfər hərbi qulluqçusu şəhid olub, 2 nəfər isə yaralanıb».

XİN bəyanatında deyir ki, hazırda Belqradda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərinin təşkil olunduğu bir vaxtda atəşkəsin pozulması münaqişənin həllində irəliləyişə imkan verməmək, qeyri-davamlı və qəbuledilməz olan status-kvonu saxlamaq məqsədi güdür.

XİN hesab edir ki, yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

XS
SM
MD
LG