Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:16

Əliyevlə Sarkisyan Parisdə görüşəcək


Əliyevlə Sarkisyan Snakt-Peterburq görüşü, 20 iyun, 2016
Əliyevlə Sarkisyan Snakt-Peterburq görüşü, 20 iyun, 2016

-

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Parisdə keçiriləcəyi gözlənilir.

Turan xəbər verir ki, bu barədə bu gün xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı Valter Ştaynmayerlə birgə mətbuat konfransında bildirib.

E.Məmmədyarovun sözlərinə görə, bu görüşün keçirilməsi ideyası Fransaya aiddir və Bakı buna etiraz etmir. Eyni zamanda, o, bu görüşün gündəliyini və tarixini açıqlamayıb.

Son həftələr rəsmi Paris dəfələrlə öz ərazisində Azərbaycan və Ermənistan prezidentlərin görüşünü təşkil etməyə hazır olduğunu bildirib. Bu bəyanatlar Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin iştirakı ilə keçirilən son Sankt-Peterburq görüşündən sonra səslənib. Həmin görüş bu ayın 20-də gerçəkləşmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG