Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:57

►Yerevan rəsmiləri qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyinin müstəqil oyunçu qismində danışıqlara cəlb edilməsini tələb edirlər.

Rusiyanın Xarİci İşlər naziri Sergey Lavrov noyabrın 11-də Yerevanda Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ problemini müzakirə edib.

O, sentyabrda da eyni məsələ ilə bağlı Bakıya səfər etmişdi. Tərəflərin mövqeləri arasında hər hansı yaxınlaşma barədə xəbər yoxdur.

“Kommersant” yazır ki, Azərbaycanın güc strukturlarının rəsmiləri hətta “genişmiqyaslı münaqişənin” başlana biləcəyi barədə xəbərdarlıq ediblər.

Ermənistanda isə bildiriblər ki, onlar Bakının hər hansı fəal hərbi əməliyyat keçirmək cəhdlərinin qarşısnın Rusiya tərəfindən alınacağına ümid edirlər.

“Kommersant”ın danışıqlardan xəbərdar olan mənbədən əldə etdiyi məlumata görə sülh planının hazırda müzakirə olunan varinatlarından biri belədir:

Ermənilər Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin böyük hissəsi üzərində nəzarəti Azərbaycana qaytarırlar. Lakin bu zaman Qarabağın Ermənistanla əlaqəsini təmin edən Laçın dəhlizini özlərində saxlayırlar.

Bakı isə rəsmi olaraq Qarabağın ayrılmasını tanımır və plana görə məsələni hərbi yolla həll etməmək öhdəliyi götürür.

Planda həmçinin buna təminat vermək üçün münaqişə zonasında sülhməramlıların (BMT, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) yerləşdirilməsi, habelə Azərbaycana qaytarılmış rayonların demilitarizasiyası barədə də söhbət gedir.

Buna da bax: Bakının beş addımlığında yaddan çıxmış məkan

Sergei Lavrov və Edward Nalbandian

Sergei Lavrov və Edward Nalbandian

Lakin rəsmi səviyyədə Bakı və Yerevan bu dərəcədə ciddi güzəştlərdən danışmır və əvvəlki barışmaz mövqelərində qalır.

Yerevan rəsmiləri qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyinin müstəqil oyunçu qismində danışıqlara cəlb edilməsini tələb edirlər.

Onlar bu baş verənə qədər problemi həll etmək cəhdlərinin hamısının uğursuzluğa məhkum olduğunu deyirlər. Təbii ki, Azərbaycan üçün bu variant qəbuledilməzdir.

Kremlə yaxın rusiyalı mənbə “Kommersant”a deyib ki, Azərbaycan syasətçiləriin bəyanatlarını təhlil edərkən “piar elementini nəzərə almağı” tövsiyə edib.

“Əslində onlar müharibədən və ermənilərdən qorxurlar. 1990-cı illərin əvvəlində münaqişə çox ağrılı məğlubiyyətlə başa çatıb,” deyə o qeyd edib.

Buna da bax: Avropa “Molla Krekar” qəsdinin üstünü açdı

Mənbə deyib ki, Bakının taktikası sərt ritorikanın köməyilə danışıqlarda öz mövqeyini möhkəmləndirlməkdən ibarətdir.

Ermənilər Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin böyük hissəsi üzərində nəzarəti Azərbaycana qaytarırlar. Lakin bu zaman Qarabağın Ermənistanla əlaqəsini təmin edən Laçın dəhlizini özlərində saxlayırlar. Bakı isə rəsmi olaraq Qarabağın ayrılmasını tanımır və plana görə məsələni hərbi yolla həll etməmək öhdəliyi götürür.

“Kommersant"ın moskvalı həmsöhbəti həmçinin deyib ki, “Azərbaycanın digər məqsədi hamının Qarabağdakı dondurulmuş münaqişəyə öyrəşməsinə yol verməməkdir. Bunun üçünsə vaxtaşırı münaqişəni qızışdırıb onun buzunu açmaq lazımdır. Təmas xəttində aramsız toqquşmalar da məhz buna xidmət edir. Beləliklə dünyaya siqnal göndərilir ki, müharibə, aşağı intensivliklə də olsa hələ davam edir, onu unutmaq olmaz, çıxış yolu axtarmaq lazımdır.”

Sergey Lavrovla son görüşdən sonra onun erməni həmkarı Edvard Nalbandyan bəyan edib ki, Yerevan “Rusiyanın münaqişənin yalnız sülh yolu ilə həllinə yönəlmiş səylərini yüksək qiymətləndirir.”

Bununla yanaşı hər iki nazir məsələnin müzakirəsinin ATƏT-in Minsk qrupundan başqa hər hansı beynəlxalq meydanlara çıxarılmasına qarşı olduqlarını ifadə edib.

Söhbət Avropa Şurasının Parlament Assambleyasından (AŞPA) gedirdi. Belə ki, AŞPA-nın siyasi məsələlər üzrə komitəsinin noyabrın 4-də keçirilmiş iclasında Qarabağa dair hesabat qəbul edilib.

Sənəddə “Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və başqa işğal olunmuş ərazilərdən çıxarılmasına, habelə Azərbaycanın bu ərazilərdə tam suverenliyinin təmin olunmasına” çağırış öz əksini tapıb. Sənədin AŞPA-nın yanvar sessiyasının müzakirəsinə çıxarılacağı bildirilir.

Hətta Ermənistanda da bəziləri bunu erməni diplomatiyasının məğlubiyyəti adlandırmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG