Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:51

Azərbaycan 93 əsgər itirib?


►“Dəqiq siyahı bəlli olandan sonra həlak olanlardan kimə Milli Qəhrəman adı verilməsi də müəyyənləşəcək.

Bunu gizlədə biləcəyinə inanmıram. Ola bilməz ki, həlak olan, məsələn, 80 nəfərdən 30-nun adını çap eləsinlər, 50-nin yox”

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun sosial şəbəkələr üzərindən apardığı araşdırmalara görə, aprelin 1-dən 6-dək cəbhə xəttindəki döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 93 hərbi qulluqçusu həlak olub.

Həmin məlumatlarda bildirilir ki, həlak olanlardan 52 nəfəri əsgər, 10-u müddətdən artıq hərbi xidmət qulluqçusu, 10-u gizir, 21 nəfəri isə zabitdir.

Sosial şəbəkələrdə son əməliyyatlarda itkilər haqda müxtəlif rəqəmlər səslənir. Müdafiə Nazirliyinin rəsmi məlumatında isə Azərbaycanın 31 itki verdiyi bildirilir.

Orta rəqəm...

Humanitar Tədqiqatlar İctimai Birliyinin rəhbəri, hərbi məsələlər üzrə mütəxəssis Əvəz Həsənov deyir ki, itkilərlə bağlı müxtəlif rəqəmlər həmişə səslənib. Alternativ rəqəmlərə gəldikdə isə, bunlar da həqiqəti əks etdirməyə bilər:

“Alternativ rəqəmlərin səslənməsi mümkündür. Mən də hesab edirəm ki, ola bilsin, itkilərlə bağlı real rəqəm 31 deyil, ancaq 88 də deyil. Bir neçə sayt bunu 90-a da çatdırıblar. Dəfn edilən şəhidlərin sayı və rayonlardan gələn reaksiyalara baxanda, bəlli olur ki, bu, 88 deyil. Daha çox orta rəqəmdir. İnanmıram ki, 31 də düzgün rəqəm sayılsın. İndi dəqiqləşdirmələr gedir. İtkin düşən, yaxud cəsədləri hələ ermənilərin əlində olan əsgərlərimiz var. Bununla bağlı dəqiqləşmələr gedir. Məncə, buna görə Müdafiə Nazirliyi son statistikanı açıqlamaqdan ehtiyat edir”.

___________________________________________________________

Bunlara da bax:
Tibb Universitetinə yeni rektor
“Facebook”da video axtarmaq asanlaşdı

___________________________________________________________

Əvəz Həsənov deyir ki, dəqiqləşmələrdən sonra hökumət həlak olanların dəqiq sayını gec-tez deyəcək:

“Dəqiq siyahı bəlli olandan sonra həlak olanlardan kimə “Milli Qəhrəman” adı verilməsi də müəyyənləşəcək. Bunu gizlədə biləcəyinə inanmıram. Ola bilməz ki, həlak olan, məsələn, 80 nəfərdən 30-nun adını çap eləsinlər, 50-nin yox”.

Millət vəkili: “Şəhidi də gizlətmək olar?”

Parlamentin təhlükəsizlik komitəsinin üzvü Fərəc Quliyev deyir ki, rəqəmlərin gizlədilməsi ilə bağlı məlumatlar doğru deyil:

“Döyüş olub, xeyli yüksəkliklər götürülüb, təbii ki, itkilərimiz də olacaq. Azərbaycan tərəfi ermənilərdən az itki verib. İtkilərlə bağlı məlumat yayan müstəqil mənbələr də Azərbaycan qanunlarına əməl eləməlidirlər. Bir mənbəyə– Müdafiə Nazirliyinə əsaslanaraq məlumatlar yayılmalıdır. Kimsə özündən məlumatlar yayırsa, bu, qanun pozuntusudur. Müharibənin öz qaydaları var. Ancaq Müdafiə Nazirliyinin rəqəmlərinə istinad etmək lazımdır. Son anda dəyişdirilənlər olub. O ana qədər dəqiqləşdirmələr olmadığından, ola bilər ki, kiminsə adı siyahıda olmasın. Amma bütün hallarda Müdafiə Nazirliyi belə məlumatları gizlətmir. Şəhidi gizlətmək olmaz ki. O, yaxınlarına verilir, izdihamlı dəfnlər keçirilir. Bunu gizlətmək olar? Gizlətməyə ehtiyac yoxdur”.

Media hüquqları üzrə eksperti Xalid Ağəliyev isə bildirir ki, informasiya azadlığı müharibə şəraitində, fövqəladə vəziyyətlərdə hansısa məhdudiyyətlərə məruz qala bilər. Ancaq statistik bilgilər açıq sayılır. “İnformasiya əldə etmək haqqında qanun”a görə də statistik bilgilər açıq məlumatlar kateqoriyasına aiddir və cinayət məsuliyyəti yaratmır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, indiyə qədər itkilərlə bağı məlumatlar verilib. Yeni məlumatlar olduqca nazirliyin rəsmi saytında yerləşdiriləcək.

Buna da bax: Qarabağ əlilləri protezlərini yandırdı

Qarabağ əlilləri protezlərini yandırdı
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG