Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:51

'Qarabağ'la 'Qəbələ'nin rəqibləri bəlli oldu


-

İsveçrənin Nion şəhərində UEFA Avropa Liqasının play-off mərhləsinin püşkü atılıb.

Avropa Liqasında Azərbaycanı təmsil edən klubların rəqibləri bəlli olub.

Püşkatmanın nəticələrinə görə, Qəbələnin eyni adlı klubu Sloveniyanın “Maribor” klubu ilə qarşılaşacaq.

Ağdamın Qarabağ klubu isə İsveçin “Getoborq” klubuna rəqib olub.

Play-off oyunları 18-25 avqust tarixlərində keçiriləcək.

Azərbaycan klubları rəqiblərini ələyə bilsələr, Avropa Liqasının qrup mərhələsində mübarizəni davam etdirəcəklər.

Qəbələ» futbol klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Fransanın «Lill» klubunu mübarizədən kənarlaşdırıb.

“Qarabağ” klubu isə Çempionlar Liqasında III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” klubunu keçə bilmədiyindən yoluna Avropa Liqasında davam edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG