Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:17

'Sankt Peterburqda danışıq olmayıb, dilxoşluq ediblər'


Ilham Əliyev və Serzh Sarkisian, Sankt Peterburq, 20 yanvar, 2016

Ilham Əliyev və Serzh Sarkisian, Sankt Peterburq, 20 yanvar, 2016

►“Azərbaycana xüsusilə tapşırıb ki, sülh potensialından istifadə etməyə heç bir cəhd göstərməsin”

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri bundan sonra da Dağlıq Qarabağ münaqişəsiylə bağlı üçtərəfli görüşlərini davam etdirməyə razılaşıblar.

Prezidentlərin iyunun 20-də keçirilmiş Sankt Peterburq sammitinin yekunları barədə birgə bəyanatında belə deyilir:

“Prezidentlər münaqişə ilə bağlı müntəzəm əlaqələrin əhəmiyyət daşıdığını bildirib. ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirməklə bağlı razılığa gəliblər”

“Rusiyanın istəyi olmadan nəsə mümkün deyil”

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, Sankt Peterburq görüşü Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində əsas söz sahibi olduğunu sübuta yetirmək üçün idi. Rusiya çatdırmaq istəyirdi ki, onunistəyi olmadan bu görüşlər baş tuta bilməz:

“Görüşdə üçtərəfli görüşlərin davam edəcəyi vurğulandı. Bununla da Rusiya münaqişənin tənzimlənməsini məhz öz nəzarətində saxlayacağını vurğuladı. Görüşün əsas mesajı ondan ibarət idi ki, atəşkəs pozulmayacaq, hərbi əməliyyatlara başlanılmayacaq. Münaqişə dondurulmuş vəziyyətdə qalacaq. İstər Yerevana, istər Kremlə münaqişəni dondurulmuş vəziyyətdə qalması sərf edir. Bunu istəyirdilər, buna da nail oldular”.

Azər Rəşidoğlunun fikrincə, bundan sonrakı görüşlər də elə münaqişənin dondurulmuş vəziyyətdə saxlanlmasından ötrü davam etdiriləcək.

Sankt-Peterburq görüşündə prezidentlər təmas xəttində vəziyyətin normallaşmasına tərəfdar olduqlarını, ATƏT müahidəçilərinin sayının artırılması barədə razılığa gəldiklərini bildiriblər.

Tərəflər müsbət addımdan danışır

Serzh Sarkisian deyib ki, “bizim Qarabağla bağlı mövqeyimiz hamıya aydındır. Biz məsələnin yalnız sülh yoluyla həllini istəyirik. Təəssüf ki, bu cür münaqişələr yalnız bir tərəfin istəyi ilə həll oluna bilməz”.

İlham Əliyev isə status-kvonun qəbuledilməz olduğunu deyib. “Status kvonu dəyişməkdən ötrü Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır”.

Görüşü hər iki ölkənin xarici işlər nazirləri də müsbət qiymətləndirib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib:

“Bu görüş Dağlıq Qarabağ münaqiəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmağa imkanlar yaradacaq”.

Ermənistanın xarici işlər naziri Eduard Nalbandian da görüş haqda müsbət fikir söyləyib:

“Görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla deyə bilərəm ki, konstruktiv atmosferdə keçdi”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovsa görüşdən sonra bildirib ki, “Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika qatmaq barədə razılığa gəliblər”.

“Rusiya Qarabağın qaytarılmasını istəmir”

Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, hər iki tərəf öz aralarında dilxoşluq edir. Rusiya isə öz işindədir. Politoloqun fikrincə, Azərbaycan və Ermənistan rəhbərliyinin hakimiyyətdə qalmalarının əsas şərti Moskvanın sözünə əməl etmələridir. Ona görə də onun əmirlərini yerinə yetirirlər:

“Ermənistanla Azərbaycan rəhbərləri yüz dəfələrlə görüşüb, danışıblar. Yüz dəfələrlə də xarici işlər nazirləri hər dəfə nikbin olduqlarını deyiblər. Hər dəfə deyiblər ki, “irəliyə doğru addım var” və s. Dilxoşluqların heç bir mənası yoxdur. Münaqişənin mexanizmi çox sadədir. Rusiya Qarabağ münaqişəsi vasitəsilə Ermənistanı da, Azərbaycanı da, bütövlükdə Cənubi Qafqazı nəzarətdə saxlayır. Rusiya heç bir vəchlə Qarabağın nə Ermənistana verilməsini, nə də Azərbaycana qaytarılmasını, ya da heç bir həllini istəmir. Buna görə də özündən asılı olan Azərbaycan və Ermənistan rəhbərlərinə göstəriş verib ki, münaqişəyə toxunmasınlar. Azərbaycana xüsusilə tapşırıb ki, sülh potensialından istifadə etməyə heç bir cəhd göstərməsin. Ermənistana da deyib ki, güzəştə yönəlik heç bir addım atmasın. Əksinə, erməni cəmiyyətində türklərə düşmənçilik təlqin etsin. Beləliklə də münaqişəni nəzarətdə saxlasın”.

____________________________________________________________

Bunlara da bax:
'İnəyi gözdən qoymağa peşmansan…'
Üçəmlərdən sağ qalan körpə Bakıya gətirilir

____________________________________________________________

“Rusiya münaqişədə təkcə vasitəçi deyil”

Millət vəkili Rasim Musabəyov isə deyilənlərlə razı deyil:

“O nəzarətin güclənməsini nədə görürlər?Danışıqlardan belə nəticə çıxarmağa əsas yoxdur. Onsuz da bü müddət ərzində bu proseslər Rusiyanın təsiri altında cərəyan edib. Bu baxımdan, Rusiya bu münaqişədə təkcə vasitəçi deyil. O, bir tərəf kimi də qiymətləndirilə bilər. Ancaq nəzərə alınmalıdır ki, bu, elə bir tərəfdir ki, onunla hərbi toqquşma mümkünsüzdür. Bunu həm Gürcüstan, həm də Ukraynadakı hadisələr çox bariz nümayiş etdirdi. Biz bu məsələdə ermənilərlə yanaşı Rusiyayla da razılıq əldə etməliyik. Azərbaycan mövcud status kvonu qəbul etmir. Kimsə düşünür ki, münaqişə dondurulmuş şəkildə qalacaq, yanılır. Bu olmayacaq. Aprel hadisələri də göstərdi ki, bu olmayacaq”.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu düşünür ki, prezidentlərin 20 iyun görüşünün yeganə nəticəsi Rusiyanın vasitəçilik məsələsində təşəbbüsü ələ almasıdır.

“Görüş olub, danışıq yox”

“Virtual Azərbaycan” saytının şərhçisi Fərhad Məmmədov isə bildirir ki, Sankt Peterburqda məhz görüş olub, danışıq yox:

“Azərbaycan tərəfi gözləyirdi ki, Sankt Peterburqda nəhayət münaqişənin nizamlanması barədə danışıqlar olsun. Atəşkəsin qorunub saxlanılması mexanizmininin təkmilləşdirilməsi və müşahidəçilərin sayının artırılması kimi birbaşa münaqişənin həllinə dəxli olmayan məsələlərdən yox, münaqişənin özünün həlli yollarından və variantlarından söhbət gedəcək. Ancaq Sankt-Peterburqda danışıq olmadı”.

Ekspert deyir ki, indi növbəti danışıqları gözləmək qalır.

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serzh Sarkisian sonuncu dəfə bu ilin mayında Vyanada görüşüblər.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (21 iyun)

Harda açılıb o 1,5 milyon iş yeri?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (21 iyun)

Savchenko İlham Əliyevə çağırış etdi

Günün bütün mövzuları

XS
SM
MD
LG