Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:36

►Hər iki qardaş əlildir. Müalicəyə, istirahətə ehtiyacları var, ancaq cüzi təqaüdləri buna yetmir, dövlətə ağız açmaqdansa, özləri demişkən, artıq “üzlərinin suyu gedib”

“Özüm 1-ci qrup Qarabağ, qardaşımsa Çernobıl əlilidir. İndiyədək dövlət bircə dəfə də nə müalicəyə, nə də istirahətə göndərməyib”.

Nazim Əhmədov 24 ildir ki, başında Qarabağ müharibəsindən ona “miras” qalan qəlpə daşıyır. Deyir, yaş ötdükcə müharibənin bədənində buraxdığı ağrılara tab gətirmək də çətinləşir. Cüzi pensiya alır, bu pensiya heç həftəlik dərmanlarına da yetmir. Qardaşı Elxan da eyni durumdadır:

XƏSTƏLİKLƏRİNƏ GÖRƏ AİLƏ QURMAYIB

“Başımı qışda soyuqdan, yayda günəşdən qoruyuram. Bu minvalla 25 ilə yaxındır ki, qəlpəni başımda gəzdirirəm. Dərdim təkcə qəlpə deyil, kontuziyadan, hepatitdən də əziyyət çəkirəm. Buna görə ailə qurmamışam. Dərmanlarımı özüm alıram. Qardaşım da Çernobıl əlilidir. Kirayədə qalır. Saçları, dişləri tökülüb, yaşa dolduqca ağrıların əsirinə çevrilib. O da dərmanların çoxunu özü alır. Müalicəyə, istirahətə ehtiyacımız var, ancaq təqaüdümüz buna yetmir, dövlətə ağız açmaqdansa, üzümün suyu gedib”.

____________________________________________________________

Bunlara da bax:
Valyuta ehtiyatları 12 milyard azalıb
Türkiyənin turizm sektoruna 15 milyardlıq zərbə

____________________________________________________________

HƏR DƏFƏ DEYİRLƏR, “GƏLƏN İL MÜRACİƏT ELƏ”

Qardaşı Elxan deyir, neçə ildir ki, əsaslı müalicə almaq və sanatoriyalardan birində istirahət üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib gəlir:​

“Çernobıl əlillərinə hər il Mərdəkandakı pansionatda istirahət etmək və müalicə olunmağa “putyovka” verirlər. Nə vaxt ağız açıramsa, deyirlər, “bu il keçdi, gələn il müraciət elə”. 30 ilə yaxındır ki, mənə “növbə çatmır”.

Deyir, Çernobıldan əlil kimi qayıdandan sonra müalicə xərclərinin çox hissəsini özü çəkib. Buna görə də hələ o vaxtlar yaşadığı mənzili satmalı olub. Həmin vaxtdan ailəsi ilə kirayələrdə yaşayır. Müraciətlərinə baxmayaraq, dövlət onu mənzillə təmin etmir.

“RƏSMİ MÜRACİƏT ETSİNLƏR”

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən “Qaynar xətt”ə bildirilib ki, Qarabağ və Çernobıl əlillərinə hər il istirahət şəraiti yaradılır. Əlil rəsmi şəkildə müraciət edib göndəriş əldə edir. Nazirlikdən bildirilib ki, əlilliyi olan 106 nəfər hazırda Xaçmaz və Şəkidəki istirahət və sağlamlıq mərkəzinə göndərilib.

Qurumdan verilən məlumata görə, bu il ərzində min nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub. Onlardan 565 nəfəri artıq istirahət və sağlamlıq mərkəzlərinə göndərilib. Həmçinin il ərzində nazirliyin reabilitasiya mərkəzlərində əlilliyi olan 8 mindən çox şəxsə bərpa- müalicə xidməti göstərilib.

Buna da bax: İstanbul hava limanındakı partlayışların şahidləri

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 29 iyun

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

İsraillə sazişdən sonra terror təsadüfdir?

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG