Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:53

İlham Əliyev: 2000 hektar ərazi təmizlənib


►Ilham Əliyevlə Binali Yıldırım görüşüb

Azərbaycan prezidenti Bundestaqın qətnaməsini pisləyib

Prezident İlham Əliyev Türkiyənın baş naziri Binali Yıldırım ilə
təkbətək görüşüb.

President. az xəbər verir ki, təkbətək görüş başa çatdıqdan sonra iki ölkə rəsmiləri arasında geniş tərkibdə görüşü keçirilib.

Prezident İlham Əliyev və baş nazir Binali Yıldırımın görüşdə çıxış etdiyi bildirilir.

"Status-kvo" dəyişməlidir”

APA-nın xəbərinə görə, görüşdən sonra keçirilən mətbuat Konfransında

Prezident Qarabağ münaqişəsindən danışıb:

“Azərbaycan Qarabağ məsələsində hərbi-siyasi üstünlük əldə edib. Apreldə Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirib, 2000 hektar ərazi təmizlənib. "Status-kvo" dəyişməlidir, bu isə torpaqlarımızın işğaldan azad edilməsi deməkdir"

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, etnik təmizləmə aparılıb:

“Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edib, məsələ həllini tapmır. BMT qətnamələrində göstərilir ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlardan dərhal çıxarılmalıdır. Bəzi hallarda BMT qətnamələri 1 gün ərzində icra edilir, Azərbaycana gəlincə, 20 ildir, yerinə yetirilmir. Bu, böyük ədalətsizlikdir”.

İlham Əliyev Azərbaycan və Türkiyənin birlikdə iri layihələr icra etdiyini qeyd edib. Ölkə başçısı Cənub Qaz Dəhlizini yada salaraq bu layihənin bölgəyə sabitlik gətirəcəyini bildirib.

“Ədalətsizlik, ikili standart və tarixin təhrif edilməsi”

Bundestaq

Bundestaq

İlham Əliyev həmçinin, Almaniya Bundestaqının “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməsini tənqid edib. Ölkə başçısı sözügedən sənədin “ədalətsizlik, ikili standart və tarixin təhrif edilməsi” olduğunu vurğulayıb.

“Türkiyəni nəyəsə məcbur etmək, Türkiyənin müstəqil siyasətinə təsir etmək istəyirlər. Erməni məsələsi sadəcə, bəhanədir, böyük dövlətlərin əlində alətə çevrilib”, - prezident deyib.

İ.Əliyev bir il əvvəl, Avropa Oyunları öncəsində Azərbaycana qarşı da ədalətsiz, yalana əsaslanan qətnamə qəbul edildiyini deyib.

Türkiyə baş naziri B.Yıldırım isə öz çıxışında Azərbaycanın Almaniya parlamentinin qərarına münasibətindən məmnunluğunu ifadə edib.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycanlılar kapitalı Türkiyəyə yatırır
"Nəzarət Palatası problemi malalamaqla məşğuldur"

____________________________________________________________

“Tarixçilərin fərqli baxışının olduğu bir məsələ ilə bağlı Almaniya Bundestaqının qərarı böyük bir yanlışlıqdır. Qısa müddətdə bu yanlışlığın aradan qaldırılacağına ümid bəsləyirik. Almaniyada 3 milyon türk yaşayır. Bu qərar Almaniyadakı türkləri də məyus edib. Xocalıda bir soyqırımı törədilib, nə üçün bunu nəzərə almırlar? ” - deyən B.Yıldırım Türkiyənin tarixinin şəffaf olduğunu deyib.

“Ermənistana “dur” deməyin vaxtı çatıb”

B. Yıldırım bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana “dur” deməyin vaxtı çatıb: “ATƏT-in Minsk Qrupu toplanıb, dağılışır. Artıq söz zamanı deyil, iş görülməlidir. Bir dəqiqədə qərar qəbul edib, həyata keçirənlər Azərbaycan və Türkiyəyə gəldikdə fərqli davranırlar. Azərbaycanın işğal olunmuş torpaqları qaytarılan zaman bu məsələ çözüləcək. Beynəlxalq ictimaiyyətin ikili standartdan vaz keçməsinin zamanı çatıb”.

İlham Əliyev Türkiyəyə dəvət edilib.

Binali Yıldırım daha sonra TANAP və TAP layihələrindəb danışıb:
“TAP və TANAP enerji təhlükəsizliyində böyük rol oynayır. İnşallah, 2018-ci ilin əvvəlində TANAP tamamlanacaq, Türkiyə və Avropa ölkələrinin qaz ehtiyaclarının ödənilməsində mühüm addım atılmış olacaq”.

Baş nazir bildirib ki, avqustun 26-da Sultan Səlim Yavuz körpüsünün açılışı olacaq: “Açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyevi də dəvət edirəm.”

TANAP və TAP layihələri «Cənub Qaz Dəhlizi»nin ayrı-ayrı hissələrini təşkil edir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə TANAP-ın davamıdır.

Türkiyənin yeni seçilmiş baş naziri Binəli Yıldırım iyunun 3-də geniş tərkiblə Azərbaycana gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG