Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:04

Suriyada döyüşdüyü bildirilən Qarabağ əlilinə 13 il həbs verildi


Suriya üsyançıları

Suriya üsyançıları

Suriyada terrorçu qruplaşmaların tərkibində döyüşməkdə ittiham olunan Qarabağ müharibəsi əlili Rufan Ağcabəyov və onunla birlikdə mühakimə olunan Marfin Vladimirin məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyilə çıxarılmış hökmə görə, Rufan Ağcabəyova 13, Marfin Vladimirə isə 14 il 6 ay həbs cəzası verilib.

Marfin Vladimir də Qarabağ müharibəsinin iştirakçısı olub. O, bundan əvvəl də uzun illər məhkumluq həyatı yaşayıb.

Buna da bax:​ Suriyaya getmiş Qarabağ əlili: 'MTN-də dəhşətli işgəncələrə məruz qaldım'

Xaçmaz sakini olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov da Suriyada gedən döyüşlər zamanı öldürülüb.

...çıxarılmış hökmə görə, Rufan Ağcabəyova 13, Marfin Vladimirə isə 14 il 6 ay həbs cəzası verilib.

İttihama görə, Rufan Ağcabəyov və Marfin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda İŞİD, "Cəbhətül-Nusra" və "Cundu Şam" kimi qruplaşmaların tərkibində iştirak ediblər. Dövlət ittihamçısı onların hər ikisinə 15 il həbs cəzası istəmişdi.

“AYA 350-400 DOLLAR ALIRDILAR”

Lakin Rufan Ağcabəyov və Marfin Vladimir ittihamlarla razılaşmırlar. Onlar Suriyaya getdiklərini etiraf etsələr də, heç bir qruplaşmanın tərkibində vuruşmadıqlarını deyirlər.

"Tanıdığım uşaqlardan bir çoxu Suriyaya getmişdi. Eşitmişdim ki, orada onlara humanitar yardımlar verilir, ailəli olanlar ayda təxminən 350-400 dollar alırdılar. Mən də əvvəl getdim vəziyyətə baxım, sonra qayıdıb ailəmi də aparacaqdım. Amma gedib oranı görəndən sonra başa düşdüm ki, yaşamalı yer deyil və 2014-cü ilin yayında Suriyadan qayıtdım",Rufan Ağcabəyov ifadəsində bildirib.

Buna da bax:​ Suriya üsyançıları yeni döyüşə başlayır

«Tanıdığım uşaqlardan bir çoxu Suriyaya getmişdi. Eşitmişdim ki, orada onlara humanitar yardımlar verilir,...»

Marfin Vladimir isə deyir ki, Suriyanın Türkiyə ilə sərhədində yerləşən ərazisində "Uluslararası Yardım Vakfı" adlı humanitar təşkilatda müqavilə əsasında işləyib.

Adları çəkilən şəxslər keçmiş MTN tərəfindən həbs olunub. Onlar istintaq zamanı verdikləri etiraf xarakterli ifadələri MTN-də məruz qaldıqları işgəncələrlə izah ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG