Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:16

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı bölmələrini təxribatda günahlandırır.

«Oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər»,-deyə nazirliyin yaydığı məlumatda qeyd edilir.

Nazirliyin mətbuat xidmətinin bildirməsinə görə, qarşı tərəfin fəaliyyəti əvvəlcədən aşkar edilərək, ona qabaqlayıcı atəş zərbələri vurulub.

«Ölü və yaralı olaraq itki verən Ermənistan silahlı bölmələri geri çəkilməyə məcbur edilib»,-məlumatda vurğulanır.

Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG