Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

UEFA Avropa Liqasının noyabrın 3-də keçirilmiş dördüncü turun oyunlarının ən yaxşı 11 futbolçusunun adı açıqlanıb.

Bu haqda UEFA-nın saytı xəbər verir.

Ən yaxşı 11-ə Ağdamın “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovun da adı daxil edilib.

Buna da bax:​ "Qarabağ" yüzlüyə düşən ilk Azərbaycan klubu oldu

R. Sadıqovdan başqa 11-də Ralf Fährmann (Schalke 04), Numan Çürüksu (Osmanlıspor), Virgil van Dijk (Southampton), Taison (Şaxtyor Donetsk), Nicolae Stancu (Anderlecht), Giuliano de Paula (Zenit), Hwang Hee-chan (Red Bull Salzburg), Moussa Sow (Fənərbaxça) və Edin Dzeko (Roma) yer alıb. Siyahını İspaniyanın “Athletik” klubunun bir oyunda 5 qol vuran hücumçusu Aritz Aduriz tamamlayıb.

“Qarabağ” klubu noyabrın 4-də ( Bakı vaxtı ilə) səfərdə Yunanıstanın PAOK- komandası ilə qarşılaşmada 1:0 hesabı ilə üstün olub.

Buna da bax:​ Azərbaycanli hakim Avroliqa oyununa təyinat alıb

Bakıda keçirilən ilk oyunda “Qarabağ” PAOK-u 2:0 hesabı ilə məğlub etmişdi.

“Qarabağ” qalib gəlməklə J qrupunda mövqeyini yaxşılaşdırıb və hazırda 7 xalla ikinci yerdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG