2016-cı il dekabrın 30-da Dağlıq Qarabağ cəbhəsində yaralanan Ermənistan əsgəri Garik Vardanyan yanvarın 15-də vəfat edib.
O, Ermənistan müdafiə nazirliyinin Yerevandakı mərkəzi klinik hospitalında müalicə olunurdu.
Garik Vardanyan ölümündən sonra “ hərbi xidmətdə fərlənməyə görə” medalla təltif olunub.
AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, yanvarın 16-da isə Dağlıq Qarabağdakı hərbi hissələrdən birində daha bir erməni əsgəri Araik Sarqsyan qeyri müəyyən şəraitdə ölümcül güllə yarasından həlak olub.
O, müqavilə ilə xidmət edirmiş.
İnsident yerli vaxtla 12:35 radələrində təmas xəttinin cənub-şərqində baş verib.
İstintaq gedir.