Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:43

Eurovison-dan Dağlıq Qarabağın bayrağına qadağan


Qadağan siyahısının bir hissəsi
Qadağan siyahısının bir hissəsi

Eurovision-ın konsertlərində “yellənməsi qadağan edilmiş” bayraqlar arasında Bask, Krım, Donetsk Xalq Respublikası və İŞİD-in də bayraqları var

Eurovision Mahnı yarışlarının təşkilatçısı Avropa Yayım İttifaqının (The European Broadcast Union) tədbirə buraxılmayacaq bayraqların siyahısını dərc etməsi birmənalı qarşılanmayıb.

Bir sıra qəzet və saytların dərc etdiyi qərara görə Eurovision-ın konsertlərində “yellənməsi qadağan edilmiş” bayraqlar Bask, Krım, Donetsk Xalq Respublikası, Kosovo, Dağlıq Qarabağ, Şimali Kipr Respublikası, Fələstin, Dnestryanı və başqa bu kimi tanınmamış və ya separatçı ərazilərə aiddir.

EBU bildirib ki, Eurovision yarışının salonlarında yalnız BMT üzvləri olan ölkələrin, yarış iştirakçısı olan ölkələrin və Avropa İttifaqının bayraqları ola bilər

Bunlardan bəziləri, xüsusən də Fələstin, rəsmi səviyyədə bu qərarı pisləyən bəyanatla çıxış edib.

Fələstin hökumətinin bəyanatında qərarın dəyişdirilməsi və 11 milyonluq Fələstin xalqından üzr istənməsi tələb olunub.

Bu qərara İspaniya hökumətindən də rəsmi etiraz bildirilmişdi. Madrid Bask rayonu bayrağına qoyulmuş qadağanı pisləyirdi.

“Bu, tamamilə konstitusiyalı, qanuni və legitim bayraqdır və İspaniya hökuməti onu lazım gəldiyi yerdə müdafiə edəcəlkdir” – deyilirdi baş nazirin müavini Soraya Saenz de Santamaria-nın bəyanatında.

EBU bu barədə bəyanatında bildirib ki, qadağan siyahısı “daxili istifadə” üçün tərtib edilmişdi və onun açıq çap olunması nəzərdə tutulmamışdı.

Eurovision-dan izahat

EBU bununla əlaqədar ziddiyyətin yaranmaması üçün bildirib ki, Eurovision yarışının salonlarında yalnız BMT üzvləri olan ölkələrin, yarış iştirakçısı olan ölkələrin və Avropa İttifaqının bayraqları ola bilər. Təşkilat bu qərardan narazı qalanlardan üzrxahlıq edib, lakin bildirib ki, siyahı açıq qalır və bura başqa bayraqlar da əlavə edilə bilər.

Kosovonun, Şotlandiya və Uelsin bayraqları da məhz bu səbəbdən qadağan siyahısına düşüb.

EBU bunu da bildirməyi lazım bilib ki, bayraq qadağanı mahnı yarışında “lüzumsuz siyasi manifestlərin” qarşısının alınması məqəsədilə tətbiq edilir.

Seksual azlıqların “Göy qurşağı” bayrağına qadağan qoyulmayıb, lakin vurğulanıb ki, bu bayraqdan siyasi bəyanat kimi istifadə oluna bilməz.

Ermənistanın reaksiyası

Ermənistanın Arminfo xəbər agentliyi bildirir ki, Eurovision-da Ermənistan nümayəndə heyətinin başçısı Gohar Gasparyan “Artsaxın” bayrağına qoyulmuş qadğan barədə şərh verib.

O mətbuat konfransında bildirib ki, belə bir qərar mümkün aqressivliyin qarşısının alıması üçün təhlükəsizlik məqsədilə qəbul edilib və “biz bütün başqa iştirakçılar kimi bu qərara hörmət etməliyik”.

Qadağan siyahısına habelə İŞİD və digər ekstremist təşkilatların bayraqları, kommersiya və reklam məqsədli bayraqlar da daxil edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG