Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:24

Ölkənin kommersiya banklarının əksəriyyətinin xarici valyuta satmadığı bildirilir.

“Turan” Agentliyinin xəbərinə görə, bu vəziyyət “qara bazar”ın canlanmasına gətirib çıxarıb. Çünki vətəndaşların başqa alternativi yoxdur.

Ekspertlər hesab edirlər ki, indiki inflyasiya və gəlirlərin azalması şəraitində əhalidə böyük vəsait yoxdur. Ancaq turizm səyahətinə, müalicə, təhsil və kommersiya məqsədi ilə xaricə gedən minlərlə vətəndaşın dollara tələbatı qalır.

Buna da bax:​ Əksər banklar valyuta satışını dayandırıb

İqtisadçı Natiq Cəfərli hesab edir ki, xarici valyutanın alqı-satqısında əhalinin payı azdır. Əsas yük xarici öhdəlikləri olan bankların və şirkətlərin üzərinə düşür. Həmçinin, idxal əməliyyatlarından ötrü valyuta vacibdir.

N.Cəfərlinin sözlərinə görə, ümumi valyuta əməliyyatlarının ancaq 5 faizi əhalinin payına düşür.

Buna da bax: Valyuta ehtiyatlarının tükənməyinə nə qədər qalıb? [video]

Ekspert hesablamalarına görə, ölkədə xarici valyuta üzrə aylıq tələbat 1-1,5 milyard təşkil edir. Əhalinin payına 50-55 milyon dollara yaxın valyuta düşür. Onun deməsinə görə, əgər kommersiya bankları satışdan imtina edəcəksə, vətəndaşlar bu həcmi “qara bazar”dan əldə edəcək.

Noyabrın 25-də dolların rəsmi məzənnəsi 1,7196 manatdır.

Buna da bax: 'Qara bazar' 'ağ gün'ə çıxıb...

Kommersiya banklarının dolları 1,77-1,78 manata alıb, 1,78-1,79 manata satdıqları bildirilir.

Xəbərdə qeyd edilir ki, “Qara bazar”da dollar 1,80 manata alınır, 1,81 manata satılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG