Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:00

Neft Fondunun satdığı valyuta 'qara bazar'da?


«Mərkəzi Bank və Neft Fondu banklara onlarla milyon dollar satır. Valyuta isə «qara bazar»da satılır».

«Turan»ın müxbiri ilə söhbətində iqtisadçı Oqtay Haqverdiyev belə deyib. Onun sözlərinə görə, banklar son vaxtlar biznesi kreditləşdirmir, istehlak kreditləri vermir: «Pul ölü kapital ola bilməz, ona görə «qara bazar»da satılır. Bundan başqa, banklar dollar və avronu Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə satmaqdan imtina edir. «Qara bazar»da on milyonlarla dollar dolaşır, banklar özləri isə valyutanı seçmə yolu ilə öz məzənnəsi ilə «ciddi» müştərilərə satır».

Dollar tapılmır. Topdan satış zəifləyib

«Anti-kollektor» firmasının rəhbəri Əkrəm Həsənov da bildirib ki, banklarda dollar qıtlığı onların «qara bazar»da iştirak etdiyini göstərir. Ona görə valyuta məbləği açıq olaraq qalır. «Uzun müddət Mərkəzi Bank hərracda 100 milyon dollar təklif edirdi. Qeyri-rəsmi tələb isə 1 milyard idi», - deyə o bildirib.

Onun deməsinə görə, sonuncudan əvvəlki hərraca Mərkəzi Bank 50 milyon vəsait çıxarıb (Sonuncu hərraca isə 300 milyon dolların çıxarıldığı bildirilir). Sifariş isə 588 milyon olub.

«Təklif 200 milyona artırılsa, «qara bazar»da məzənnə düşəcək. Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatı 40 milyarda yaxındır. Amma Mərkəzi Bank dolları öz məzənnəsi ilə satmır», - deyə Həsənov bildirib.

İndi «qara bazar»da 1 dolların 1.85 manata satıldığı bildirilir. Rəsmi məzənnəyə görə, isə bir dollar 1.64 manata bərabərdir. Ekspertlərin fikrincə, belədə «qara bazar»da satışdan ciddi məbləğdə xalis gəlir götürülür.

Günün bütün mövzuları

XS
SM
MD
LG