Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:19

Noyabrın 9-da respublika ərazisində yağış yağacağı gözlənilir.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb.

Bildirilir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9°, gündüz 11-13° isti olacağı gözlənilir.

Azərbaycanın əksər bölgələrində də hava yağışlı olacaq, Naxçıvan Muxtar Respublikası, Yuxarı Qarabağ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında isə yağışın sulu qar və qara keçəcəyi entimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG