Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:04

İlin əvvəlindən Azərbaycanda 500-cən şirkət qapadılıb


►İqtisadi çətinlik ucbatından fəaliyyətini müvəqqəti dayandıranlar bu saya daxil deyil

Bu ilin altı ayında Azərbaycanda 494 şirkət rəsmən qapadılıb.

Söhbət iqtisadi çətinliklərə görə fəaliyyətini müvəqqəti dayandıran şirkətlərdən getmir. Qapadılanlar yalnız dövlət qediyyatından çıxarılan müəssisə və təşkilatlardır.

Bağlanan şirkətlərin əsas hissəsi - 389-u Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun payına düşür. Altı ayda Naxçıvan Muxtar Respublikasında da 5 müəssisə qapadılıb.

İl başlanandan bəri bağlanan şirkətlərin 22-si maliyyə və sığorta, 20-si informasiya və rabitə, 24-ü tikinti, 13-ü təhsil sektorunda, 25-i emal sənayesində,162-si isə ticarət sahəsində fəaliyyət göstərirmiş.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ləğv edilən müəssisə və təşkilatların 45-i tam xarici investisiyalı şirkətlər, 5-i isə birgə müəssisələrdir.

Maraqlı fakt: xarici sərmayəli...

Maraqlı burasıdır ki, son altı ayda xarici sərmayənin iştirakı ilə yaradılan şirkətlərin sayı (308) bağlananların sayını 6 dəfə üstələyib.

İyulun 1-nə olan məlumata görə, tam xarici investisiyalı şirkətlərin sayı 7 min 900-ə çatıb.

Əcnəbi sərmayədarların əsas qismi Türkiyədən (35,5 faiz), Böyük Britaniyadan (8,9 faiz), Rusiyadan (7,9 faiz), İrandan (6 faiz), ABŞ-dan (3,8 faiz) və Almaniyadan (2,4 faiz) gəlib.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

İlin əvvəlindən 4 min 300-dən çox yeni kommersiya və qeyri-kommersiya təşkilatı və dini qurum yaradılıb. Ölkədə bütövlükdə fəaliyyət göstərən müəssisə və təşkilatların sayı 104 mini aşır. Bunların 10 min 600-ü dövlət mülkiyyətindədir. Təxminən 89 min kommersiya qurumu, təbii ki, yalnız mənfəət götürmək məqsədilə yaradılıb.

Müstəqil jurnalist araşdırmaları müəyyənləşdirib ki...

Azərbaycanda son illər qurulan xeyli şirkət yalnız dövlət sifarişlərini ələ keçirmək məqsədi güdüb. Proses indi də davam etməkdədir. Bu şirkətlər, bir qayda olaraq, paytaxtda və ölkənin bölgələrində bəlli ünvanlarda qeydiyyatdan keçir. Eyni şəxs bəzən 100-dək şirkətə rəhbərlik edir. Sözügedən şirkətlər, adətən, azməbləğli (5

mindən 100 min manatadək), ancaq sayı bir ildə minlərlə ölçülən dövlət satınalmalarına qatılır və bir müddətdən sonra izi itirmək üçün ləğv edilir.

İfşaedici faktlar gözardı edilib?

Prokurorluq bununla bağlı KİV-də dərc olunan çoxsaylı ifşaedici faktların araşdırılmasından ötrü heç bir cinayət işinə başlamayıb.

Buna da bax: Bakıda bağlanan dükanlar, restoranlar, maşın salonları

Günün bütün mövzuları

XS
SM
MD
LG