Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:58

►Siyavuş Novruzov deyir ki, yeni layihə qəbul edildikdən sonra heç bir başdaşı və məzar digərindən fərqlənməyəcək

“Bakı şəhərində qəbir yerlərinin standart qiymətləri müəyyənləşdirilib. Təklif olunan yeni layihəyə əsasən, paytaxt ərazisində qəbir yerlərinin qiyməti minimum əmək haqqının iki misli miqdarında olacaq. Həmin məbləğdən yuxarı olması mümkün deyil”.

Parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov belə deyib.

Deputatın ANSPRESS-ə bildirib ki, bununla bağlı qanun layihəsi artıq hazırlanıb, əlaqəli qurumlarla razılaşdırılır:

“Yeni layihə qəbul edildikdən sonra heç bir başdaşı və məzar digərindən fərqlənməyəcək” - deyən deputat bildirib.

Deputatın deməsinə görə, yeni təklif edilən layihədə aztəminatlı ailələrin vəfat edən üzvləri üçün məzar yerlərinin yerli bələdiyyələr hesabına təmin edilməsi nəzərdə tutulub:

“Layihədə aztəminatlı ailələrdən başqa şəhidlərin, müharibə qəhrəmanlarının, milli qəhrəmanların, Əfqanıstan veteranlarının, Qarabağ müharibəsi veteranlarının ailələrinə qəbir yerlərinin pulsuz verilməsi nəzərdə tutulub. Bu xərclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də qarşılana bilər. Bunun üçün isə Nazirlər Kabineti və Maliyyə Nazirliyi razılıq verməlidir”.

Buna da bax:

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Günün bütün mövzuları

XS
SM
MD
LG