Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:33

Polis «Qanun» Nəşriyyat Evindən oğurluq edənləri tapdığını bildirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nəsimi Rayon Polis İdarəsi oğurluqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsləri saxlayıb.

Onlardın üzərindən heroin və başqa narkotik vasitə tapıldığı iddia edilir.

Məlumatda üstəlik, həmin şəxslərdən ikisinin sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya məxsus nəşriyyat evindən 4 min 200 manat pul oğurladıqları qeyd edilir.

«Sentyabrın 26-da onlardan birinin Nigar Köçərlinin müdiri olduğu «Qanun Nəşriyyatı» MMC-yə məxsus ofisdən də içərisində 13 min manat olan seyfi oğurlaması və həmin MMC-də çap şöbəsində işləməsi də müəyyən edilib»,-deyə DİN-in məlumatda qeyd edilir.

«Qanun» Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlu bildirib ki, polisin saxladığı şəxslərdən biri bir neçə il öncəyədək bu nəşriyyatda işləyib. «O, işdən çıxmasına baxmayaraq, oğurluq baş verən zamanadək mətbəəyə gəlib-gedirdi. O, şübhələndiyim adamlardan biri idi», - Ş.Xuduoğlu bildirib.

Ş.Xuduoğlu polisin müsbət işini də qeyd edib: «Doğrudan, polis yaxşı işlədi, səhlənkar yanaşmadı və nəticə sevindiricidir».

Ancaq saxlanan şəxslərin qohumları və ya vəkillərinin məsələ ilə bağlı mövqeyini, hələlik, öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG