Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:40

Qalustyan Bakıda həbs edilib- Rusiya nota verdi


-

Rusiya Formula-1 yarışları zamanı Bakıda saxlanılan Marat Ueldanova (Qalustyan) görə, Azərbaycan tərəfinə iyulun 5-də nota verib.

Bu haqda Rusiyanın Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, Rusiya vətəndaşının saxlanılması ilə bağlı məsələ araşdırılır.

“Səfirlik Azərbaycan tərəfi ilə tezliklə vəziyyətin aydınlaşdırılması və saxlanan şəxslə görüşə icazə verilməsi istiqamətində iş aparır ”, açıqlamada bildirilir.

Açıqlamada bildirilir ki, iyunun 23-də səfirliyə Azərbaycan Xarici İşlər Nazirliyindən nota daxil olub. Notada bildirilib ki, iyunun 9-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (iri həcmdə narkotik vasitələrin əldə edilməsi, istehsalı, saxlanılması və yayılması) ilə ittiham edilən Rusiya vətəndaşı Marat Ueldanov saxlayıb.O, istintaq təcridxanasına yerləşdirilib.

Bir neçə gün sonra saxlananın bacısı olduğunu deyən M.V.Mirzoyan səfirliyə müraciət edib və bildirib ki, əsl soyadı Qalustyan olan qardaşı casusluq şübhəsi ilə həbs edilib.

Səfirlik gərəkli addımların atıldığını qeyd edib.

Xəbərə görə, o, Avstriyanın Do/Co şirkətinin əməkdaşıdır və Bakıda keçirilən “Formula 1” yarışları zamanı qida təşkili məsələləri ilə məşğul olub.

Onun bacısı Marianna Qalustyanın sözlərinə görə, Marat həyat yoldaşının soyadını götürüb . O, dəfələrlə Azərbaycanda olub və 2015-ci ildə 1-ci Avropa Oyunlarında da çalışıb.

Məlumatda qeyd edilir ki, iyunun 9-da Marat və iş yoldaşı Yelena Makarenko həbs olunub. 15 gündən sonra Yelenanı azad ediblər və o, Moskvaya qayıdıb.

Maratın bacısı bildirib ki, qardaşı Bakı sakini olub, 1982-ci ildə Bakıda anadan olub. Görünür, kimsə onun erməni olması barədə məlumat verib.

Mətbautda yazılanlara görə, Rusiyanın Azərbaycandakı səfirliyi Qalustyanın qohumlarına tövsiyə edib ki, bu ölkənin spesifikasına anlayışla yanaşsınlar. Belə ki, “erməni olması onun müdafiəsini çətinləşdirir”. Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin müdirinin həbs olunanın bacısının sorğusuna cavabında deyilir.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Dövlət Təhlükəsizlik Xidmətiтi və Daxili İşlər Nazirliyindən mövzu ilə bağlı, hələlik, şərh almaq mümkün olmayıb.

Bu il Azərbaycanda Formula-1 yarışları iyunun 17-dən 19-na kimi keçirilib.

Buna da bax: İlham Əliyev Xankəndində «məhkəmə»si gedən azərbaycanlı girovları azad etməyə çağırır

Günün bütün mövzuları

XS
SM
MD
LG