Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:12

Rəssam Pavlensky həbsdən azad olunub


-

Mayın 8-i Rusiyalı rəssam-aksionist Pyotr Pavlensky yeddi aylıq həbsdən sonra azadlığa çıxıb. O ötən ilin 9 noyabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin Lübyankadakı inzibati binasının qapısına benzin tökərək yandırıb. Rəssamın sözlərinə görə bu davranış “terrorizmə cavab” və Krımda terror aktı planlaşdırmaqda suçlanaraq mühakimə olunmuş ukraynalı rejissor Oleq Sençova dəstək aksiyasıdır.

Pyotr Pavlenskynin Lyubyankada yandırdığı qapı
Pyotr Pavlenskynin Lyubyankada yandırdığı qapı

Petr Pavlenskyni əvvəlcə vandalizmdə günahlandıraraq həbs ediblər, ardıyca ona qarşı sürülmüş ittiham maddəsini “mədəni abidəni məhv etmək” maddəsiylə dəyişdiriblər. Prokuror 1930-cu illərdə Lyubyankada çoxlu sayda mədəniyyət və elm adamlarının saxlanıldığını əsas gətirərək binanın qapısının da mədəniyyət abidəsi sayılmalı olduğunu deyib. Lakin Pavlenskynin vəkilləri binanın qapısının 2008-ci ildə yenisiylə əvəz olunduğunu bildirərək ona qarşı sürülmüş ittihamın məhkəmə tərəfindən rədd edilməli olduğunu deyiblər. Vəkillərin səylərinə baxmayaraq Pavlenskyə qapını təmir xərcini ödənməsi üçün əvvəlcə 1,5 milyon rubl cərmə kəsilmiş, lakin sonradan cərimə 500 min rubla qədər azaldılmışdı.

Pyotr Pavlensky Pussy-Riot qrupuna dəstək üçün ağzını tikib
Pyotr Pavlensky Pussy-Riot qrupuna dəstək üçün ağzını tikib

Xatırladaq ki, Petr Pavlensky Rusiyada qalmaqallı aksiyaları ilə məşhur bir rəssamdır. Məsəlçün, o 2012-ci ildə Pussy Riot qrupunun üzvlərinə hökm oxunan zaman Peterburqdakı İsayevski kilsəsinin qarşısındaqalın iplə ağzını tikmişdi, 2013-cü ildəSankt-Peterburq Qanunverici Məclisininqarşısında tikanlı məftillər içərisində çılpaq uzanmışdı, 2014-cü ildə o Rusiya cəmiyyətindəki siyasi xofa etiraz olaraq özünü xayasından Moskvadakı qızıl meydana mıxlamışdı. Bir dəfə də Pavlensky Rusiyada siyasi fəal şəxslərin yenidən sovet dövründəki kimi psixiatrik xəstəxanalara salınması hallarına etiraz olaraq Moskvadakı V. P. Serbski adına sosial və məhkmə psixatriyası emi mərkəzinin hasarları üstündə çılpaq şəkildə oturaraq, qulaq məməciyini kəsmişdi. Hökümət onu dəfələrlə psixatr yanına yollasa da, rus məhkəmə psixatriyası nədənsə hələlik onu psixoloji cəhətdən tam sağlam hesab edir.

Rusiyada çoxları Pavlenskynin hərəkətlərinin rəssamlıqla nə əlaqəsi olduğunu başa düşə bilmir. “Axı hansı haqla o özünü rəssam hesab edir?” - deyirlər.

Məsələ ondadır ki, Pavlensky həqiqətən də rəssamdır, özü də iki ali rəssamlıq təhsili var. O "Artchronica" jurnalına müsahibəsində deyir ki, rəssamlıq təhsilinə ümumən on il vaxt sərf edib. “Rəssamlıq təhsili mənə iki şey verdi birincisi sənət haqda çoxlu paydalı şeylər öyrənmişəm, ikincisi də şəxsiyyətin sındırılması və sənətkarın potensialının hər yolla məhv edilməsi, sənətkarınqulluğa müntəzir kimlik,rejimin dekorativ üzlüyünə çevrilməsinə şahid olmuşam. Bütün bu təhsil müəssisələri əslində tərtibatçı-rəssamlar yetişdirir. – Nəyin tərtibatçıları? – Fondların, qrantların, muzeylərin, qalareyaların və başqa bu qəbildən olan gəlişi gözəl dekorativ vaxt öldürmələrinin. Bu bir növ əxlaqsızlıqdır: rəssam sifarişçinin tələblərinə uyğun düşünməyə başlayır, sifarişçi nə qədər varlıdırsa, o qədər ürəyəyatımlıdır, nə qədər varlıdırsa rəssamın onu razı salmaq istəyi də bir o qədər yüksəkdir. Əlbəttə ən qəlb oxşayan sifarişçi dövlətdir, onun pulu hamınınkından çoxdur. Bir yandan da rəssamların əməyi qalareya və fondların menecer heyətinin saxlanılmasına xərclənir. Mən univerisitetdə maraqlı, parlaq işlər görə biləcək rəssamlarla qarşılaşdım, ancaq onları sındırdılar, kommersiya qaydaları ilə düşünən adamlara çevirdilər”.

Pyotr Pavlensky qulağını kəsir
Pyotr Pavlensky qulağını kəsir

Pavlensky erkən yaradıcılığında fotoqrafiya və kollajla məşğul olub, ancaq Peterburqdakı “Pro Arte” adlı prestijli ali təhsil müəssisəsində oxuyarkən sosial problematika və əsər qismində insan bədəninin istifadəsini öyrənir.

2012-ci ildə Moskvada keçirilmiş gənc sənət adamlarının biennalında Pavlensky çılpaq insan bədənində işgəncə izlərinin, çapıq və yara izlərinin fotosunu sərgiləyir. Bu foto qətiyyən siyasi məqsədli deyildi və insanlıq tarixinə həsr olunmuşdu.

Pavlensky rəssamlığı və fotoqrafiyanı aksionizmlə dəyişməsini sənətkar kimi yetişmə dövrü hesab edir: “Mənimçün sənət – həm siyasidir, həm də kodlardan ibarət informasiya sahəsidir, ancaq mən sənəti əşya istehsalı hesab etmirəm. Sənət – mənalar və bu mənaların formaları ilə işləmək deməkdir. Əvvəllər nə edirdimsə özü üçün konfort sahəsini təmin etmiş sənətkar kimi edirdim, adətən sənətkarlar əsərdə öz üzərlərinə məsuliyyət götürmürlər və bədənlərini də sənətin içinə daxil etmirlər, bədənlərindən danışanda, onu nəsə üçüncü şəxs kimi qələmə verirlər. Ancaq özüm üçün də gözlənilməz olan aksionizmə başlayanda, mən personaja çevrildim və bütün cavabdehliyi öz üzərimə götürdüm” – deyə Pavlensky sənət fəaliyyətini əsaslandırır.

XS
SM
MD
LG