Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:05

Bəs Qalanın qalan hissəsi? - Su qıtlığı


Göy rənglə işarələnən su xətti çəkilmiş, qırmızı rənglə işarələnən su xətti çəkilməyən ərazilərdir.

Göy rənglə işarələnən su xətti çəkilmiş, qırmızı rənglə işarələnən su xətti çəkilməyən ərazilərdir.

-

Qala kəndi ərazisində keçmiş 3 saylı zeytun sovxozunun ərazisində uzun illərdir ki, yaşayış massivi salmış sakinlər AzadlıqRadiosuna şikayət ediblər.

Sakinləri narazı salan odur ki, kənddə su təchizatı başa çatsa da, yol kənarı boyu azı 700 evin yerləşdiyi əraziyə su xətti çəkilməyib.

Yaşayış massivinin sakini Emin Orucov: «Uzun illər idi, kəndin su probleminin həllindən ötrü müxtəlif qurumlara yüzlərlə məktub göndərmişdik. Nəhayət, cavab aldıq ki, Bakıətrafı qəsəbələrin inkişafı proqramında Qala qəsəbəsinin su təchizatı yenidən qurulacaq. Biz də sevindik. Vaxt gəlib yetişdi, başladılar yol çəkilişi ilə paralel kəndə su çəkməyə. Səbirsizliklə gözləyirdik ki, su xətti gəlib bizim küçələrə də çıxacaq. Bir də gördük, işi dayandırıblar».

«YENƏ SUSUZ QALAN BİZ OLDUQ»

Sakinin deməsinə görə, onlara bildirilib ki, nəzərdə tutulan ərazilərə su xətlərinin çəkilişi başa çatıb.

Ərazidə yaşayan Vaqif Quliyev: «Belə çıxır ki, illərlə ora-bura yazan da, axırda yenə susuz qalan da özümüz olduq. Kəndin içərisinə, Laçın köçkünlərinin yaşadıqları əraziyə çəkilib, ancaq bizə çatanda ayrı-seçkiliyə yol verirlər. Söhbət 6-7 yox, 600-700 ailədən gedir. Kənd içi ilə müqayisədə biz ana su xəttinə daha yaxınıq. Evlərimiz yol kənarı boyu tikilib. Bizə su xəttinin çəkilməsi daha ucuz və əziyyətsiz başa gəlirdi».

Sakinlər deyirlər, dövlət proqramında kəndin bir hissəsinin yox, bütövlükdə su təchizatının qurulması nəzərdə tutulub. Onları narahat edən budur ki, yol çəkilişi davam edir. Asfaltlanma işləri başa çatdıqdan sonra su xətlərinin çəkilişi mümkün olmayacaq.

«NARAHATLIĞA ƏSAS YOXDUR»

Sakinlər uzun illərdir suyu pulla alırlar. Xüsusilə də yay aylarında susuzluq əziyyəti ikiqat artır.

«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə deyir, sakinlərin narahatlığına əsas yoxdur: «Həqiqətən də, göy rənglə işarələnmiş ərazilər su xətti çəkilmiş, qırmızı xətlə işarələnmiş ərazilərsə su xətti çəkilməsi nəzərdə tutulanlardır. İşlər mərhələləri qaydada aparılır. Hazırda bağ massivlərində, Masazırda, Sulutəpədə su xətti çəkilməyən yerlər var. Biz bunun hamısını qısa müddətdə edə bilmərik. Layihə hansı ərazini əhatə edirsə, həmin ərazilərə də çəkilir. Gələcəkdə sakinlərin qeyd etdikləri ərazilərə də çəkiləcək».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG