Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:40
Bu dəfə Cənubi Qafqazın hər üç respublikasının paytaxtları haqqında danışacağıq. Onların gələcək obrazı necə görünür? Niyə şəhər [bu, post-sovet məkanı üçün olduqca unikal haldır] cazibə mərkəzi olaraq qalır?

- Bu, niyə baş verir? Bəlkə, Sovet dövründə şəhər birgə yaşayışın ideal forması kimi qəbul olunurdu?


Demoqraf Ruben Yeqanyan: - Məncə, forma deyişib, mahiyyət yox. Paytaxt şəhərləri bütün maliyyə axınlarının təmərküz nöqtəsi olaraq qalır. Bunun sayəsində onlar digərlərinə nisbətən normal fəaliyyətini az-çox qoruyub saxlaya biliblər...


- Bir arxitektor kimi Sizcə, paytaxt arxitekturası sadə şəhərin arxitekturasından fərqlənirmi?


Tbilisidən arxitektor-urbanist Lado Vardosanidze: - Sözsüz. Hər bir ölkənin paytaxt arxitekturasında ən azı rəmzi obyektlər mövcuddur, məsələn, parlament, bədii əsərlər və s. Bu daha çox Gürcüstanda gözə çarpır. Burada həyat hətta deyərdim ki, həddən artıq mərkəzləşib. Gürcüstanda 70-dək şəhər olsa da, şəhər həyatı faktiki olaraq Tbilisidə, qismən də Batumi cəmləşib. Məsələ bundadır ki, ümumiyyətlə, şəhər cəmiyyətin modelidir. Görünür, mərkəzləşdirilmiş cəmiyyətlərdə hər şey paytaxtda cəmləşir. Bir məqama da toxunmaq istərdim ki, başqa ölkələrdən fərqli olaraq Gürcüstan şəhərləri ölçüsündə balacalaşır. Bu, tək Gürcüstana xas problem olmasa da, burada kəskin xarakter alıb.


- Siz razısınızmı ki, şəhər cəmiyyətin modelidir? Niyə məsələn, kənd icması, kənd yox?


"Bakının dirçəlişi" ictimai təşkilatının sədri Əlibaba Nəcəfov: - Müəyyən dərəcədə razıyam. Amma xatırlatmaq istərdim ki, hələ Sovet dönəmində kəndli sinfi olub. Bu, Sov.İKP-nin nizamnaməsində də öz əksini tapmışdı. Yəni şəhərlərin inkişafı planlı həyata keçirilirdi. Gürcüstanda olduğu kimi, Azərbaycanda da 3-4 sənayecə inkişaf etmiş şəhər vardı. Bu, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir idi. Bu siyahıya əlavə olunacaq başqa şəhər yoxdu. Yəni iqtisadi inkişaf, sənaye bu şəhərlərdə cəmləşmişdi...


ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG